İQTİSADİYYAT
Bu il əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 0,8 faiz artıb
Bakı, 22 oktyabr, AZƏRTAC
Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2016-cı ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,8 faiz artaraq 5979,4 milyon manat olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, hüquqi şəxslər tərəfindən əhaliyə 4386,0 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 73,4 faizini təşkil edib.
Cari ilin yanvar-sentyabr ayları ərzində hər bir ölkə sakini orta hesabla 615,0 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 52,9 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.