İQTİSADİYYAT
Yanvar-sentyabr aylarında ictimai iaşə dövriyyəsi 3,2 faiz artıb
Bakı, 23 oktyabr, AZƏRTAC
Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda ictimai iaşə dövriyyəsi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 3,2 faiz artaraq 945,2 milyon manat olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 42,0 faizi hüquqi şəxs statuslu müəssisələrin, 58,0 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2016-cı ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz artaraq 391,9 milyon manat olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [19:18]
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
- 25.04.2024 [18:40]