MƏDƏNİYYƏT
İçərişəhərdə gənc rəssamların sərgisi açılıb
Bakı, 23 oktyabr, AZƏRTAC
İçərişəhərdə açıq səma altında bir neçə gənc rəssamın sənət əsərlərindən ibarət rəsm sərgisi açılıb. Sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi və “Arts Council Azerbaijan” təşkilatının təşkilatçılığı ilə gerçəkləşib.
Bu barədə AZƏRTAC-a “Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov məlumat verib: “Art weekends in Icheri Sheher” layihəsi çərçivəsində təşkil olunan sərgidə fırça ustalarının 15-dən çox sənət əsəri ziyarətçilərin ixtiyarına verilib. Müxtəlif texnika ilə işlənmiş çoxsaylı sənət əsərinin də yer aldığı sərgi paytaxt sakinləri və şəhərimizin qonağı olan turistlər üçün nəzərdə tutulub. Sərgi növbəti dəfə insanların marağına səbəb olub”.
Qeyd edək ki, insanların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə sözügedən layihə çərçivəsində hər həftənin şənbə və bazar günləri müxtəlif sərgilər təşkil edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.03.2023 [12:26]
Rəngkarlıq Muzeyində ustad dərsi - “Özünü kəşf et”
- 30.03.2023 [10:40]
“Artım”da sərgi – “Dərman aradım dərdimə”
- 29.03.2023 [15:30]
“Azərbaycanım” adlı uşaq rəsm müsabiqəsi elan olunub
- 17.03.2023 [20:07]
Rəssamlar İttifaqında Tural Anaroğlunun ilk fərdi sərgisi açılıb
- 17.03.2023 [18:51]
Tural Anaroğlu: Sərgidə 43 rəsm əsərim nümayiş olunur
- 11.03.2023 [10:25]
“Baharın rəngləri” adlı rəsm müsabiqəsinin yekun sərgiləri açılacaq
- 10.03.2023 [14:44]
Həvəskar rəssamların təsviri sənət sərgisi açılıb
- 03.03.2023 [14:39]
Bakıda “Harmoniya” adlı qrup sərgisi açılacaq
- 03.03.2023 [13:38]