İQTİSADİYYAT
Mr.Fix tikinti kimyəviləri markası beynəlxalq inşaat sərgisində yeni məhsullarını nümayiş etdirib
Bakı, 23 oktyabr, AZƏRTAC
Kartaş LTD MMC-yə məxsus Mr.Fix tikinti kimyəviləri hər il olduğu kimi, bu il də oktyabrın 18-21-də Bakı Ekspo Mərkəzində keçirilən XXIII Azərbaycan Beynəlxalq İnşaat "WorldBuild Baku 2017" sərgisində fəal iştirak edib. Stenddə Mr.Fix markası yeni bitum əsaslı su izolyasiya materialları (Bitufix) və dekorativ suvaq məhsulları (Dekotex) ilə sərgi ziyarətçilərinin xüsusi marağına səbəb olub.
Yüzlərlə mütəxəssisin ziyarət etdiyi Mr.Fix stendində məhsul qruplarına aid tətbiq lövhələri vasitəsilə təkcə nəzəri deyil, həm də praktik məlumatlar verilib. Ziyarətçiləri maraqlandıran sualları ekspertlər yerindəcə cavablandırıb, qarşılıqlı əməkdaşlıq, iş və təcrübə imkanları müzakirə olunub.
Dörd gün davam edən sərgidə inşaat sektorundan müxtəlif peşə sahibləri M.Fix məhsulları ilə maraqlanaraq qarşılıqlı təcrübə və fikir mübadiləsi ediblər. Ziyarətçilərlə fəal ünsiyyətinə və sosial mediada sərgi fəaliyyətini uğurla paylaşdığına görə Mr.Fix stendi ən fəal iştirakçı nominasiyası üzrə sertifikata layiq görülüb.
Mr.Fix markası kafel və keramika yapışdırıcıları, dərz dolğuları, hazır suvaq, su, istilik izolyasiya materialları və s. bu kimi 200-dən çox çeşiddə tikinti kimyəviləri ilə müştərilərin xidmətindədir. Texnoloji yenilikləri daim izləyən, tədqiqat və inkişaf fəaliyyətlərini fasiləsiz olaraq davam etdirən şirkət yüksək keyfiyyətli tikinti materiallarını istehsal edir. ISO 9001 keyfiyyəti idarəetmə sistemi, AZS və Avropa standartlarına uyğun olaraq istehsal edilən məhsullar etibar edilən və ən çox üstünlük verilən məhsullardandır.