CƏMİYYƏT
30 min ədəd siqaretin realizə edilməsinin qarşısı alınıb
Bakı, 23 oktyabr, AZƏRTAC
30 min ədəd siqaretin realizə edilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Şirvan Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşi mübarizə şöbəsinə Sabirabad rayon sakininin idarə etdiyi “Saipa” markalı minik avtomobilində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən siqaretlərin realizə edilməsi barədə məlumat daxil olub.
İdarənin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində həmin avtomobil Sabirabad rayonu ərazisində saxlanılıb və gömrük baxışı keçirilməsi məqsədilə idarənin inzibati binasının həyətinə gətirilib. Sürücünün iştirakı ilə aparılan yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerindən üzərində aksiz markası olmayan 30 min ədəd siqaret aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]