CƏMİYYƏT
Azərbaycanlı əczaçı Buxarestdə keçirilən seminardan qayıdıb
Bakı, 23 oktyabr, AZƏRTAC
Rumıniyanın Buxarest şəhərində Dünya Səhiyyə Təşkilatı tərəfindən “Orta gəlirli ölkələrdə immunizasiyadan sonra yaranan əlavə təsirlərə nəzarət, əlaqəndirici səbəblərin qiymətləndirilməsi” ilə əlaqədar subregional seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, 12 ölkədən 41 nəfərin iştirakı ilə keçirilən seminarda Analitik Ekspertiza Mərkəzinin əməkdaşı Xalisə Əkbərova iştirak edib.
Seminarda vaksinlərin təhlükəsizliyi və dövlət immunizasiya proqramlarına, həmçinin dövlətlərarası və beynəlxalq səviyyədə əməkdaşlığın qurulması məsələlərinə baxılıb.
Seminarın sonunda hər ölkənin iki illik fəaliyyət planı hazırlanıb, iştirakçılar bir çox materiallarla təmin olunublar. İştirakçılara Dünya Səhiyyə Təşkilatının müvafiq sertifikatları təqdim olunub.