Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycanın D-8 Zirvə görüşündə iştirakı ölkəmizin Türkiyə ilə qardaşlığının bariz göstəricisidir

Azərbaycanın D-8 Zirvə görüşündə iştirakı ölkəmizin Türkiyə ilə qardaşlığının bariz göstəricisidir

İstanbul, 23 oktyabr, АZƏRTAC

İstanbulda “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında keçirilən İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) IX Zirvə görüşü uğurla başa çatıb. Zirvədə və ondan bir gün əvvəl keçirilmiş Şura iclasında təşkilata üzv ölkələr arasında ticarət, sənaye, nəqliyyat, informasiya, maliyyə, qlobal iqtisadiyyatda əməkdaşlıq, bank işləri, texnologiyalar, yoxsulluqla mübarizə, insan resursları, kənd təsərrüfatı, enerji, səhiyyə, turizm, mədəniyyət, idman sahələrində əməkdaşlığın vəziyyəti və perspektivlərinə dair səmərəli müzakirələr aparılıb.

AZƏRTAC xəbər verir ki, hazırda ekspertləri və KİV təmsilçilərini daha çox maraqlandıran məsələlərdən biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Zirvə görüşündə xüsusi qonaq qismində iştirak etməsidir. D-8 üzvləri Azərbaycanın bu təşkilatda təmsil olunmasını arzuladıqlarını açıq şəkildə bildirirlər. Bunun bir neçə mühüm səbəbi var. Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışında aşağıda qeyd edilən məqamların hər birinə toxunub.

Birinci amil: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı dinamik inkişaf mərhələsinə qədəm qoyub. Dünya İqtisadi Forumunun 2017-2018 Qlobal Rəqabətlilik Hesabatında Azərbaycan reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşıb. MDB-də liderliyini qoruyan Azərbaycan rəqabət qabiliyyəti indeksinə görə hətta G20-yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələri qabaqlayıb. Qlobal rəqabət qabiliyyəti reytinqində Rusiya 38-ci, Qazaxıstan 57-ci, Gürcüstan 67-ci və Ermənistan 73-cü sırada yer alıb.

İkinci amil: Azərbaycanın əlverişli coğrafi mövqeyi və çoxşaxəli tranzit imkanlarıdır. Bu ay açılışı nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmir yolu xətti və yaxın gələcəkdə istifadəyə verilməsi planlaşdırılan, Avrasiyada strateji keçid xətti hesab olunan Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu qovşağı ölkəmizin geosiyasi mövqeyinin əhəmiyyətini daha da artıracaq. Prezident İlham Əliyevin dediyi kimi, tezliklə rəsmi açılışı olacaq Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiya arasında ən qısa yol olacaq. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılmasına böyük sərmayələr qoyur. Bu nəqliyyat dəhlizləri Avrasiyanın iqtisadi inkişafı üçün yeni imkanlar açacaq.

Üçüncü amil: Azərbaycanın zəngin karbohidrogen ehtiyatlara malik olması və bundan səmərəli istifadə etmə təcrübə əldə etməsi D-8 tərəfləri üçün cəlbedicidir. Məlum olduğu kimi, cari il sentyabrın 14-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması ölkəmiz üçün çox böyük əhəmiyyətə malikdir. “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsinin 2050-ci ilə qədər uzadılması Azərbaycanın milli və dövlətçilik maraqlarının qorunması siyasətini daha da möhkəmləndirib. Kontraktın şərtlərindən biri xarici investorlar tərəfindən ölkəmizə 3,6 milyard dollar həcmində bonusun nəzərdə tutulması, SOCAR-ın payının 11,6 faizdən 25 faizə qaldırılmasıdır. D-8 tərəfləri əmindirlər ki, Azərbaycana çatacaq mənfəət, yeni kontraktdakı digər mühüm səmərəli şərtlər yaxın gələcəkdə ölkəmiz üçün yeni-yeni inkişaf formulası yaradacaq. D-8 təşkilatının strateji məqsədlərindən biri də məhz üzv ölkələrin təbii zənginliyindən milli və dövlətçilik maraqları naminə səmərəli istifadə etmək, əhalinin rifahını yüksəltməkdir. Dövlətimizin başçısı deyib: “Azərbaycan beynəlxalq miqyaslı layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. Bu gün biz tərəfdaşlarımızla birlikdə “Cənub Qaz Dəhlizi” layihəsini icra edirik. Bu, dünyanın ən böyük infrastruktur layihələrindən biridir. Cənub Qaz Dəhlizinin əsas hissəsi olan TANAP qaz kəməri üzrə saziş 2012-ci ildə Azərbaycan ilə Türkiyə arasında İstanbul şəhərində imzalanmışdır və bu kəmər gələn il istifadəyə veriləcəkdir”.

Dördüncü amil: Azərbaycanın İslam həmrəyliyi istiqamətində çevik və əhəmiyyətli tədbirlər görməsi və bu istiqamətdə qazandığı böyük uğurlardır. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunub. Bu çərçivədə Azərbaycan tərəfdaşları ilə birgə Bakıda, Rusiyada, Finlandiyada, İranda, Türkiyədə və Özbəkistanda beynəlxalq konfranslar keçirib. Təqribi hesablamalara görə, dünyanın ayrı-ayrı ölkələrindən olmaqla 600 nəfərdən artıq rəsmi şəxs və görkəmli din xadimi konfranslarda Prezident İlham Əliyevin bu nəcib təşəbbüsünü dəstəklədiklərini bəyan ediblər. Bundan başqa, bu tədbirlər dünyada nüfuzlu olan yüzdən artıq KİV tərəfindən işıqlandırılıb. Cari ilin yayında isə Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək sayəsində müsəlman aləminin birlik, bərabərlik və həmrəylik yolunda bütün dünya üçün əhəmiyyət daşıyan idman mədəniyyəti nümayiş etdirdi. Bu Oyunların təşkilindəki əzəmət təkcə İslam ölkələri üçün yox, bütün sülhsevər dünya üçün cəlbedici oldu. Təsadüfi deyil ki, qeyri-müsəlman ölkələrinin aparıcı KİV-ləri də IV İslam Həmrəyliyi Oyunlarının işıqlandırılmasına geniş yer ayırdılar. Məsələn: Almaniyanın “Teltower Stadtblatt” qəzetində IV İslam Həmrəyliyi Oyunlarına dair “Bakıdakı Həmrəylik Oyunlarında rekord iştirakçı sayı” sərlövhəli məqalə dərc edilib. Böyük Britaniyada nəşr edilən “Huffington Post” qəzetində ekstremizmlə mübarizədə idmanın rolundan bəhs edən məqalə ingilisdilli oxuculara təqdim edilib. Kubanın KİV-ləri isə nüfuzlu “Bohemia” jurnalında bu ölkənin tanınmış jurnalisti Maria Viktoria Valdesin Azərbaycanda uğurla keçirilmiş IV İslam Həmrəyliyi Oyunları barədə yazdığı məqaləni geniş yayıb. Rusiyada çıxan “Sobesednik” həftəliyində nəşrin müxbiri Alina Sokolovanın Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına həsr edilmiş xüsusi reportajı dərc olunub. “Həmrəylik Oyunları” sərlövhəli materialın müəllifi yazır: “MDB-nin ən gözəl paytaxtlarından biri olan Bakıda qeyri-adi formatlı iri beynəlxalq tədbir - İslamiada və ya İslam Həmrəyliyi Oyunları keçirilir. Bu Oyunlarda rusiyalı idmançılar iştirak etmirlər, lakin tamaşaçı tribunalarında xeyli rusiyalı azarkeş görmək olar. Əlbəttə ki, bu siyahını çox genişləndirmək mümkündür. Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışında İslam həmrəyliyi mövzusuna toxunaraq dedi ki, Azərbaycan İslam həmrəyliyinə xüsusi əhəmiyyət verir və öz töhfəsini verir. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub. Eyni zamanda, bu il Azərbaycanda 54 müsəlman ölkəsindən gələn 3 minə yaxın idmançının iştirak etdiyi IV İslam Həmrəyliyi Oyunları keçirilib. Biz bu gün dünyada ən ciddi təhlükələrdən biri olan islamofobiyaya qarşı fəal mübarizə aparırıq.

Yuxarıda sadaladığımız faktlar və məntiqi mülahizələr Azərbaycanı D-8 üçün cəlbedici edən əsas istiqamətlərdir. Təşkilat üzvlərinin mövqeləri isə açıqdır: Azərbaycan müsəlman ölkələrinin dostu və qardaşıdır. Odur ki, bu təşkilata bərabərhüquqlu üzvlük məsələsində problem yoxdur. D-8 Zirvəsi çərçivəsində bu barədə ilk açıqlama Pakistan İslam Respublikasının xarici işlər naziri Kavaca Asif eşidildi. Nazir deyib ki, Azərbaycan D-8-ə niyə üzv olmasın ki? Azərbaycan bizə qardaş ölkədir. Təkcə bizə yox, təşkilata üzv ölkələrin hamısına qardaşdır. Siz bu təşkilatın müşahidəçi qismində üzvü olan ölkəsiniz. Tamhüquqlu üzvlük niyə olmasın?

Əlbəttə ki, hazırda Azərbaycan D-8 təşkilatı ilə münasibətlərdə müstəqil bir tərəfdir. Odur ki, haqlı olaraq belə bir sual yaranır: D-8 ilə əməkdaşlıq Azərbaycana nə vəd edir? Ümumiyyətlə, ölkəmizin D-8-dəki yeri, rolu və təşkilata verə biləcəyi töhfələr geniş maraq kəsb edən məsələdir. Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən D-8 təşkilatının IX Zirvə görüşünə dəvət olunması və dövlətimizin başçısının bu tədbirdə iştirakı, ilk növbədə, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin daha bir göstəricisidir. Oktyabr ayının sonunda isə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Bakıda keçirilməsi nəzərdə tutulan növbəti iclasında və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışında iştirak etmək məqsədilə Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana gözlənilən səfəri bir daha deməyə əsas verir ki, iki qardaş ölkə arasındakı münasibətlər bütün dünya üçün nümunədir. Bir sözlə, Azərbaycan-Türkiyə münasibətləri bütün dünya dövlətləri üçün strateji inkişaf standartıdır.

Qeyd edək ki, Türkiyə 2015-ci ildə G-20-yə sədrliyi dövründə də Azərbaycanın bu təşkilatda xüsusi qonaq statusunda iştirakını təmin edib. Azərbaycan dünyanın iqtisadi böhrandan çıxması, maliyyə bazarında sabitliyə nail olunması, enerji təhlükəsizliyinin təmin edilməsi, ölkələr arasında uzunmüddətli sülhə və geniş iqtisadi əlaqələri yaratmaq yollarının tapılması, ölkələr daxilində sabitliyin qorunması kimi önəmli müzakirələrdə iştirak etdi və öz töhfəsini verdi. Prezident İlham Əliyevin G-20-nin Zirvə görüşündə dediyi kimi, Türkiyə bu görüşə qrupa üzv olmayan yalnız bir ölkəni xüsusi qonaq kimi dəvət edə bilərdi və Prezident Rəcəb Tayyib Ərdoğan bu tədbirə Azərbaycanı dəvət etmişdir. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun bariz nümunəsidir.

Xatırladaq ki, D-8 formatına Türkiyə, İran, Pakistan, Banqladeş, Malayziya, İndoneziya, Misir və Nigeriya daxildir. Təşkilatın üzvlərindən Türkiyə və İndoneziya “Böyük iyirmilər”in (G-20) üzvüdür. Türkiyənin sədrliyi dövründə “Böyük iyirmilər”in toplantılarında xüsusi statuslu qonaq kimi təmsil olunan Azərbaycan ümumi daxili məhsulun həcminə, maliyyə sabitliyinə, ölkə daxilində ictimai-siyasi sabitliyin qorunmasına, təbii insan artımının dinamikasına, elm və texnologiyanın inkişafına görə böyük təcrübəyə malikdir.

D-8 formatında aparılan müzakirələrdə təbii ehtiyatlara sahib çıxmaq, yerli sərvətlərdən səmərəli istifadə etmək, onlardan əldə olunan gəlirləri milli inkişafa yönəltmək, İslam həmrəyliyinin gücü ilə müsəlman aləminə qarşı davam etdirilən haqsızlıqları aradan qaldırmaq kimi məsələlər əsas istiqamət kimi saxlanılıb. Azərbaycan bu məsələlərin hər birində böyük təcrübəyə və milli standartlara malikdir.

Beləliklə, D-8 ilə Azərbaycanın münasibətlərindəki ikinci mühüm məqam ölkəmiz üçün daha bir regional tribunanın əldə olunmasıdır. Prezident İlham Əliyevin “Biz bu gün dünyada ən ciddi təhlükələrdən biri olan islamofobiyaya qarşı fəal mübarizə aparırıq. Özünü müsəlman ölkələrinin dostu kimi qələmə verməyə çalışan Ermənistan Dağlıq Qarabağ və ətraf bölgələrdə məscidləri və dini abidələri dağıdıb. Məscidləri dağıdan ölkə heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz” fikirləri isə müsəlman dünyasına çağırışdır.  

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib