Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Professor Nigar Vəliyevanın “Azərbaycanca-ingiliscə idiomatik lüğət”i çapdan çıxıb

Professor Nigar Vəliyevanın “Azərbaycanca-ingiliscə idiomatik lüğət”i çapdan çıxıb

Bakı, 24 oktyabr, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin professoru, filologiya elmləri doktoru Nigar Vəliyevanın “Azərbaycanca-ingiliscə idiomatik lüğət” kitabı çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, lüğət ali məktəb tələbələri, müəllimlər, doktorantlar, dissertantlar, tərcüməçilər, jurnalistlər, diplomatlar, informasiya işçiləri, iş adamları, ümumiyyətlə, ingilis dilini mükəmməl öyrənmək istəyən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Zəngin lüğətçilik tarixi və ənənəsi olan Azərbaycan bu gün qlobal dünyaya öz milli-mənəvi dəyərləri, mədəniyyəti ilə inteqrasiya edir. Kitaba “Ön söz” yazmış AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Möhsün Nağısoylu diqqətə çatdırır ki, hər dövrün öz tələbatı olduğu kimi, lüğətçiliyin də öz inkişaf qanunları və tələbləri var. Belə ki, zaman keçdikcə müxtəlif lüğətlərin ərsəyə gəlməsinə ehtiyac duyulur. Beynəlxalq aləmə çıxışı olan müstəqil Azərbaycan Respublikasında ingilis dilinin köməyilə müxtəlif əlaqələrin qurulması göz qabağındadır. Bu gün Azərbaycan dilinin nüfuzu gündən-günə artır. İngilis dili isə, şübhəsiz, yayıldığı coğrafiyasının hüdudlarını durmadan aşır. Qlobal dil olan ingilis dilinin geniş coğrafi məkanda yayılmasına təsir edən amillər sırasında respublikamızda daim inkişafda olan mədəniyyət sahələrinin dünya miqyasında yayılması, ölkəmizin müxtəlif tədbirlərə (məsələn, “Avroviziya-2012” mahnı müsabiqəsi, Qəbələ Beynəlxalq Musiqi Festivalı, Bakı Caz Festivalı, Beynəlxalq Muğam Festivalı, “Bakı-2017” ilk Avropa Oyunları, Formula-1 yarışması, 42-ci Şahmat Olimpiadası, IV İslam Həmrəyliyi Oyunları və s.) ev sahibliyi etməsi, eləcə də xarici ölkələrdəki beynəlxalq tədbirlərdə iştirakı və digər məsələlər dayanır. Deməli, müxtəlif sahələrdə aparıcı rol oynayan ingilis dilinin Azərbaycan dilinə təsiri göz qabağındadır. Texniki amillərə gəldikdə isə müasir elmi-texniki yeniliklər, avadanlıq və cihazlar, xüsusilə rabitə və informasiya texnologiyaları sahəsində yeniliklər ingilis dilinin Azərbaycan dilinə təsirini qaçılmaz edir. Bütün bunlar ingiliscə-azərbaycanca və azərbaycanca-ingiliscə sahə lüğətlərinə nə qədər böyük tələbat olduğunu açıq-aşkar sübut edir. Bu baxımdan, professor Nigar Vəliyeva tərəfindən tərtib edilən “Azərbaycanca-ingiliscə idiomatik lüğət” müasir zamanın tələbatına tam cavab verir.

Digər tərəfdən, Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” dilçi alimlərimizin qarşısında mühüm vəzifələr qoyur. Professor Nigar Vəliyevanın hazırladığı lüğət bu baxımdan dilçilik elminə, tərcümə sahəsinə dəyərli töhfədir.

Qeyd edək ki, Müasir Azərbaycan və ingilis dillərindəki frazeoloji birləşmələrin, atalar sözü və məsəllərin oxşar və fərqli cəhətlərini nəzərə almaqla onları üç qrupa ayırmaq olar və bu məsələ lüğətin tərtibində şərti işarələrdən istifadə edilməklə öz əksini tapıb. Belə ki, həm məna, həm obraz, həm də leksik tərkib etibarilə hər iki dildə, demək olar ki, tam eyniyyət təşkil edən ifadələr, atalar sözləri ingilis dilinə öz ekvivalenti ilə tərcümə olunur və bu, lüğətdə “=” (bərabər) işarəsi ilə verilib. Məsələn, (bir kəsin) dabanını yalamaq (yaltaqlanmaq) = to lick someone’s shoes / to lick someone’s boots. Divarın da qulağı var. = Even the walls have ears.

Lüğətdə obraz və leksik tərkib etibarilə bir-birindən qismən, yaxud tamamilə fərqlənən, lakin mənaca uyğun frazeoloji birləşmələr, atalar sözləri və məsəllər “-” (tire) işarəsi ilə verilib. Bu növdən olanlar analoq adlandırılır. Bunlar qarşıdakı dilə analoq vasitəsilə tərcümə edilir. Məsələn, -Eyibsiz gözəl olmaz. - Every man has his fault. -Elə arxalanan igid başa çatar. - Keep the people in order not to disgrace oneself. -Göz dəyməsin! - Touch wood!

Yalnız bir dilə, yəni ya Azərbaycan, ya da ingilis dilinə mənsub olan, müqayisə edilən dillərdə müvafiq qarşılığı və ya analoqu olmayan frazeoloji birləşmələr, atalar sözləri və məsəllər lüğətdə * (ulduz) işarəsi ilə verilib. Məsələn, *çörəyimin duzu yoxdur - when one’s kindness to answered by ingratitude. Yaxud * cinni Cəfər qoşunu - a great many of men (too many, so many, such a lot of noisy, fussy, restless children). *Dadı damağında qalmaq (qida haqqında) - to continue to feel the taste of something pleasant (some delicious, delightful eating). *Diri tərpənmək (cəld olmaq) - to be efficient / to be promt (to do something quickly). Yeri gəlmişkən, qeyd edək ki, lüğətin dəyərli cəhətlərindən biri də oxucuya aydın olmaq üçün idiomatik ifadələrin (bu, həm tam qarşılığı olanlar, həm analoqa, həm də qarşılığı olmayanlara aiddir) mötərizədə izahlarının verilməsidir. Yuxarıdakı nümunələrdə bu cəhət görünür. Lüğətin bu xüsusiyyəti ilə bağlı bəzi nümunələrə diqqət yetirək:

-cibişdana ötürmək (heç kəsə demədən özünə götürmək) - to take possession of something /to arrogate something to oneself / to lay fale claim to something

-cibinə qoymaq (üstün olmaq) - to knock spots off someone / to throw someone in the shade

-cibini doldurmaq (varlanmaq) - to line one’s pocket(s) / to make one’s pockets bulge / to feather one’s nest / to fill one’s purse

-çala-çala getmək (istədiyinə nail olmamış meydanı tərk etmək) - without having got what one wanted / with nothing for one’s və digər çoxsaylı nümunələri göstərmək olar.

Lüğətin digər dəyəri burada idiomatik ifadələrin, atalar sözlərinin, məsəllərin hərfi məna ilə yanaşı, müqayisələrin verilməsidir. Bu zaman oxucuya asan olması məqsədilə ixtisarla Lit (literally), yəni, “hərfi” və Cf (confer), yəni, “müqayisə et” yazılıb. Bu cəhət də lüğətdə yer alan bütün idiomatik ifadələr, atalar sözləri və məsəllərdə həm tam qarşılığı olanlara, həm analoqa, həm də qarşılığı olmayanlara aiddir. Məsələn, abad kənd tüstüsündən bəlli olar - Lit. A village is known by the barking of the dogs / Cf. Nothing will be hidden. Yaxud daş qayaya rast gəlib - Lit. The scythe clashed on stone (i.e. one has met one’s match)/ Diamond cut diamond ifadələri ilə yanaşı, “When Greek meets Greek then comes the tug of war” məsəli ilə müqayisə edilir. “Deyirəm dilim yanır, demirəm - ürəyim” ifadəsinin isə analoqu olan “To say is a trouble, but to keep mum is twice trouble” fikri ilə yanaşı, ingilis təfəkküründə məlum olan “I’ve a word for your ear, but the wolf is prowling near” məsəli müqayisə üçün verilib.

Lüğətin zəngin materialından olan bu bir neçə nümunə həm də onu təsdiq edir ki, idiomatik ifadələr bu və ya digər əcnəbi dili öyrənənlər üçün olduqca zəruri məsələdir. Yəni, bu və ya digər sahənin mütəxəssisi əcnəbi dildə yazışmalar aparar, lakin müəyyən ifadənin, fikrin çatdırılmasında problemlə qarşılaşa bilər.

Lüğətin digər dəyərli cəhəti burada müəyyən sözlərin amerikan ingilisində necə verildiyini diqqətə çatdırmasıdır. Bu zaman qısa Amer. yazılır, mötərizədə həmin sözün Britaniya ingilisində qarşılığı verilir. Məsələn, dəvət - Amer. a bid (invitation)

Professor Nigar Vəliyevanın tərtib etdiyi bu lüğət dərin axtarışların məhsuludur. Lüğətdə bircə “abır” sözü ilə bağlı Azərbaycan dilində 70-dək idiomatik ifadənin ingilis dilində qarşılığı verilib. Bu cür nümunələrin sayını istənilən qədər artırmaq olar. Bütün bunlar müəllifin Azərbaycan və ingilis dillərinin məna incəliklərini mükəmməl araşdırmasını təsdiqləyir.

Bu kitab leksikologiyanın xüsusi kurslarında, tərcümə nəzəriyyəsində, müqayisəli tipologiya fənnində, müxtəlif nəzəri və praktik seminarlarda, başqa leksikoqrafik tədqiqatlarda, ayrı-ayrı lüğətlərin hazırlanmasında gərəkli materialdır. Lüğət frazeologiyayaratma və frazeologiyadan istifadə nəzəriyyəsinin inkişafı üçün dəyərli leksikoqrafik qaynaqdır.

“Mütərcim” Nəşriyyat-Poliqrafiya Mərkəzində çapdan çıxmış kitabın elmi redaktoru Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədovdur.

“Azərbaycanca-ingiliscə idiomatik lüğət”in müəllifi professor Nigar Vəliyeva 2011-ci ildən Avropa Linqvistik Cəmiyyətinin üzvüdür. Elmi əsərləri ABŞ, Rusiya, Braziliya, Polşa, İspaniya, Rumıniya, Fransa, Gürcüstan və Kanadada, habelə ölkəmizin bir sıra nüfuzlu beynəlxalq elmi-nəzəri-metodik jurnallarında çap edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konfrans

Seysmoloji Xidmət Mərkəzində Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Azərbaycan tikinti şirkətlərinin İraqda aparılan quruculuq işlərində iştirakı müzakirə edilib

Azərbaycan Çində beynəlxalq mədəniyyət festivalında təmsil olunub

10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...

İlahiyyat İnstitutunun əməkdaşı Gürcüstanda beynəlxalq elmi konfransda iştirak edib

Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib

Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq

Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq müzakirə edilib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü COP29-a dəvət olunub

YAP Mərkəzi Aparatında Vyetnam-Azərbaycan və Laos-Azərbaycan dostluq qruplarının üzvləri ilə görüş olub

Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyində Sənaye Mülkiyyəti Obyektlərinin “Açıq reyestri”nin fəaliyyəti yenilənib

Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb

Dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi istiqamətində tədqiqatlar aparılır

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib VİDEO

Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri – dəyirmi masa

Təhsildə sosial iş xidmətinin həssas qruplara təsiri müzakirə olunub

Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb

Narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirən şəxslər saxlanılıblar

Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Prezidenti Rumen Radevlə görüşüb

® “Kapital Bank”la avtomobil arzunuza çatmaq daha asandır

Lisenziya Turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub

EMTA BSU-da “Yaşıl enerjiyə keçid” mövzusunda seminar təşkil edib

Bu günədək sənaye zonalarında istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilib

Silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə respublika çempionatında 86 polis əməkdaşı mübarizə aparıb

“Ulu Öndərin işığında” kitabının təqdimatı olub

Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar

Sahibə Qafarova: Parlamentlərin qarşılıqlı fəaliyyəti Azərbaycan-Bolqarıstan münasibətlərinə müsbət təsir göstərən amillərdəndir

Rumen Radev: Bolqarıstan-Azərbaycan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verir

UNEC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

AZPROMO: Məqsədimiz Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışını dəstəkləməkdir

Ağdam kəhrizlərində mikrobioloji tədqiqatlar aparılır

Baş nazir Əli Əsədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb

“Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Qafqazşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitab təqdimatı və sərgi keçirilib

Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar

“İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadılıb

Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırıb

Nərimanov rayonundakı bazarda bəzi məhsulların satış sahələrinə məhdudiyyət qoyulub

Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb

Dövlət Proqramı İdarəetmə Qrupu aprel üzrə vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı Ulu Öndər həmişə dərin hörmət və ehtiramla anılır

Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək

Fizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib

Təbriz qəzeti Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edib

Süni intellekt və yeni inkişaf meyarları

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə “Açıq qapı” günü təşkil olunacaq

ADPU-da tədbir: “Əbədi ömrün ikinci yüzilliyi”

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Azərbaycan Bəstəkarlar İttifaqında Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb

Ankarada Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib VİDEO

Gəncədə “Yaradıcı müzakirələr” keçirilir

“Qalatasaray”ın hücumçusu bu mövsüm ən çox məhsuldar ötürmə edən futbolçudur

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Varis Yolçiyev: “BOOKFEST” Naxçıvan Kitab Sərgisinin təşkili təqdirəlayiq addımdır

Koreyada təhsil alan azərbaycanlı tələbələr üçün magistraturaya qəbul imtahanı keçirilib

ADA və Bolonya universitetlərinin “Dayanıqlı bağçılıq sistemləri” mövzusundakı birgə sertifikat proqramı “MacFrut” sərgisində VİDEO

Ulu Öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilib

Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək

“Tamstore” marketlər şəbəkəsi “Bu qiymətlər bir daha olmayacaq” kampaniyasına start verib

“Sən elə bir zirvəsən!” tamaşası yenidən Akademik Musiqili Teatrın səhnəsində

® “Caspian Energy Forum Izmir 2024” oktyabr ayında keçiriləcək

“The Standard”: COP29-a ev sahibliyi etməyə hazırlaşan Azərbaycan tarixi anın astanasındadır

İsmail Serageldin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

Dövlət Komitəsi daha bir beynəlxalq mükafata layiq görülüb VİDEO

İsmail Serageldinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Beynəlxalq Muğam Mərkəzində “Humayla” adlı konsert təqdim olunub

Nərimanov rayonunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Alimlər beyində yeni yaddaş mexanizmi aşkar ediblər

Talassemiya daşıyıcı olan ana öz övladını südlə qidalandıra bilər

Azərbaycanda yaradılan investisiya mühiti Slovakiya şirkətlərinin ölkəmizdə fəaliyyətini stimullaşdırır - ŞƏRH

Baş Prokurorluqda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Ümummilli Liderin respublikaya rəhbərliyi dövründə ekoloji problemlər həmişə diqqət mərkəzində olub

BMT II Dünya müharibəsində həlak olanların xatirəsinin anılması və barışıq günləri keçirir

İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib

Naxçıvanda istehlaka yararsız qida məhsullarının satışının qarşısı alınıb

Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə edilib

Bu ilin ilk rübündə İstanbulda terror təşkilatlarına qarşı 576 əməliyyat keçirilib, 300 nəfər həbs olunub

Yaxın iki gündə Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək

Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub

“TikTok” ABŞ hökumətini məhkəməyə verib

İyunda Sofiya ilə Bakı arasında birbaşa aviareyslər təşkil ediləcək

Bolqarıstan Prezidenti Rumen Radev Bakıda şəhidlərin xatirəsini anıb

Birinci Qarabağ müharibəsi şəhidinin nəşi Lənkəranda torpağa tapşırılıb

Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub

Sahib Məmmədov: Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi 4 dəfə artıb

Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycanda hidrometeoroloji xəbərdarlıqlar əhaliyə rəng şkalası ilə təqdim olunacaq VİDEO

Aprel ayında Ukraynaya beynəlxalq yardım beş dəfə azalıb

Monitorinq stansiyaları olmayan ərazilərdə hava keyfiyyətinin qiymətləndirilməsində Səyyar Laboratoriyadan istifadə edilir

Tallində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib VİDEO

Bolqarıstan şirkəti Azərbaycanda mühərrik və sənaye yağlarının təkrar emalını həyata keçirəcək

Tələbələr arasında bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib

Duzdan çox istifadə mədə xərçəngi riskini 40 faiz artırır-Tədqiqat

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilkin mərhələsinin nəticələri açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkası təşkil ediləcək

Güclü küləklər və digər təhlükəli hidrometeoroloji hadisələr barədə xəbərdarlıqlar rəng şkalasına uyğun tərtib ediləcək VİDEO