REGİONLAR
Səyyar xidmət: kənd sakinləri şəxsiyyət vəsiqələri ilə təmin olunurlar
Şəmkir, 24 oktyabr, Famil Quliyev, AZƏRTAC
Şəmkir Rayon Polis Şöbəsinin şəxsiyyət vəsiqəsi və qeydiyyat bölməsinin əməkdaşları rayonun kənd sakinlərinə səyyar xidmət göstərirlər.
Rayon Polis Şöbəsinin şəxsiyyət vəsiqəsi və qeydiyyat bölməsindən AZƏRTAC-a bildiriblər ki, səyyar xidmət zamanı sakinlərin vaxtı bitmiş vəsiqələri dəyişdirilir, uşaqlara şəxsiyyəti təsdiq edən yeni sənədlər təqdim olunur.
Növbəti səyyar xidmət Dəllər qəsəbəsində və Çaparlı kəndində göstərilib və ümumilikdə, 73 vətəndaşın şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün ərizə forması doldurularaq, müraciətləri qeydə alınıb.
Səyyar xidmət Şəmkir rayonunun bütün kənd və qəsəbələrində keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [17:09]
Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]