DÜNYA
Nigeriyalı piratlar Almaniya gəmisinə hücum ediblər
Berlin, 24 oktyabr, AZƏRTAC
Hamburqdakı (Almaniya) “Peter Döhle Schiffahrts-KG” gəmiçilik şirkətinə məxsus “Demeter” konteynerdaşıyan gəmisi Nigeriyanın Port-Harkort limanından cənubda yerləşən Biafra körfəzində olarkən 8 pirat həmin gəmiyə hücum edib.
AZƏRTAC Beynəlxalq “Sea Guardian” agentliyinə istinadla bildirir ki, cinayətkarlar sürətli motorlu qayıqdan gəmiyə keçib və heyət üzvlərindən 6 nəfərini, o cümlədən gəminin kapitanını oğurlayıblar.
Piratlar gəmini tərk edəndən sonra “Demeter” orada qalmış 12 heyət üzvü ilə yoluna davam edib. Bu şəxslər hücumdan zərər çəkməyiblər. Hazırda gəmi təhlükəsiz sulardadır.
Beynəlxalq Dəniz Bürosunun verdiyi məlumata görə, cari ilin ilk 9 ayı ərzində beynəlxalq sularda 121 piratlıq və silahlı qarət hadisəsi qeydə alınıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [17:06]
“Telegram”da yeni funksiyalar olacaq
- 29.03.2024 [17:00]
Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək
- 29.03.2024 [16:51]
Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb
- 29.03.2024 [16:03]
Almaniyada kimlər daha çox pensiya alır?
- 29.03.2024 [15:54]
Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir
- 29.03.2024 [15:47]
İsveçrənin hidrogen qatarı rekord vurub
- 29.03.2024 [15:39]
Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb
- 29.03.2024 [15:02]