İQTİSADİYYAT
Kuba mətbuatı Bakı-Tbilisi- Qars dəmir yolu xəttinin əhəmiyyətindən yazır
Madrid, 24 oktyabr, AZƏRTAC
Kubanın “Habana Radio” radiostansiyasının internet saytında “Azərbaycan və Türkiyəni birləşdirən dəmir yolu xətti fəaliyyətə başlayır” sərlövhəli yazı yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Türkiyənin nəqliyyat naziri Ahmet Arslana istinadən, oktyabrın 30-da Bakıdan ilk qatarın yola çıxaraq Tbilisidən keçməklə Qarsa çatacağı deyilir.
Yeni açılacaq dəmir yolu xətti, Pekindən Londonadək uzanan yolu tamamlayacaq, Asiya və Avropa arasında yükdaşımalarının müddətini mövcud 2 aydan, 15 günədək azalmasına səbəb olacaq. Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilkin dövrdə illik 6,6 milyon ton yük daşınacaq. Gələcəkdə bu rəqəmin 50 milyon tona çatacağı proqnozlaşdırılır.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]