Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Litvanın “Lietuvos zinios” nəşrində Ermənistan-Azərbaycan münaqişəsi haqqında məqalə dərc edilib

Vilnüs, 24 oktyabr, AZƏRTAC

Litvanın “Lietuvos zinios” informasiya agentliyinin jurnalistləri Aydanas Praleyka və Romualdas Yurqaitis oktyabrın ortalarında Azərbaycanda səfərdə olublar. Jurnalistlər səfər çərçivəsində Abşeron rayonunun Masazır qəsəbəsində məskunlaşan məcburi köçkünlərlə görüşüb, onların yaşadığı şəraitlə tanış olublar.

Jurnalistlər Aydanas Praleyka agentliyin mətbu nəşrində Dağlıq Qarabağ münaqişəsinə və azərbaycanlı qaçqınların taleyinə həsr edilmiş “Unudulmuş Qarabağ müharibəsi. Gözləməzdim ki, qonşularımız bizi öldürməyə gələcəklər” sərlövhəli məqalə dərc etdirib.

Məqalədə əslən Zəngilan rayonundan olan, vaxtilə həmin rayonda rus dili müəllimi işləmiş 74 yaşlı məcburi köçkün Qubiyevin başına gələnlərdən bəhs edilir. A.Praleyka Qubiyevin bu sözlərini sitat gətirir: “Əvvəllər biz erməniləri yaxşı qonşu hesab edir, onlarla dost kimi davranırdıq. Heç vaxt düşünməzdik və inanmazdıq ki, həmin qonşular bizi öldürməyə gələcəklər. Görəsən niyə belə olur? Azərbaycanda indi də müxtəlif millətlərə mənsub olan, müxtəlif dinlərə etiqad bəsləyən insanlar yaşayır, Ermənistan isə faktiki olaraq monoetnik ölkəyə çevrilib”.

Məqalədə qeyd edilir ki, Azərbaycandakı qaçqınları sayı barədə Avropada çox vaxt anlaşılmazlıq yaranır, çünki orada səhvən elə düşünürlər ki, təkcə Dağlıq Qarabağ işğal edilib, əslində isə Azərbaycan ərazisinin işğal olunmuş hissəsinin sahəsi Dağlıq Qarabağla müqayisədə 2 dəfədən də çoxdur. Azərbaycana qaçqın axını hələ sovet dövründə - 1988-1989-cu illərdə başlanıb, o vaxt təxminən 250 min azərbaycanlı Ermənistan ərazisindən Azərbaycana qovuldu. Erməni təcavüzü nəticəsində Dağlıq Qarabağdan əlavə Azərbaycanın daha 7 rayonu işğal ediləndə daha 700 minə yaxın qaçqın öz evlərini tərk edib. Bundan başqa, Bakı Özbəkistandan qovulmuş 50 minə yaxın məhsəti türkünü qəbul edib. Beləliklə, Azərbaycanda qaçqınların sayı 1,2 milyona çatıb.

Aydanas Praleyka vurğulayır ki, dünya birliyi çoxdan təzahür edən təcavüzü unutmağa meyillidir, dünyada daim yeni-yeni müharibələr alovlanır, buna görə yeni qaçqınların qeydinə qalmaq lazım gəlir. Bu münasibət azərbaycanlıları incidir - belə çıxır ki, bir milyon qaçqını da, onların öz doğma evlərindən nəyə görə qaçqın düşməsini də unutmaq çoxlarının xeyrinədir.

Müharibə dövründə insanlığa qarşı cinayətləri təhqiq edən Azərbaycan hərbi prokurorluğunun rəhbərinin müavini Emil Tağıyev və təhqiqatlar şöbəsinin rəhbəri Rauf Məmmədov litvalı jurnalistlərlə görüşdə qeyd ediblər ki, bu təcavüzün qurbanları təkcə Qarabağ müharibəsi dövründə və etnik təmizləmələrin ilk mərhələsində öz doğma yurdlarını tərk etməyə məcbur olmuş azərbaycanlılar deyil. Minlərlə insan itkin düşmüş hesab edilir. 4000 azərbaycanlı əsir düşüb, onlardan yalnız 1500-ü vətənə qayıdıb. O birilərin taleyi barədə heç bir məlumat yoxdur. Münaqişə dövründə həlak olmuş azərbaycanlıların sayı 20 minə yaxındır.

Zəngilanlı müəllim deyir ki, ilk “neft dollarları” qaçqınların həyat şəraitinin yaxşılaşdırılmasına yönəldiləndən sonra qaçqınların və məcburi köçkünlərin yerləşdirilməsi sarıdan vəziyyət yaxşılaşıb. A.Praleyka qeyd edir ki, qaçqınlar üçün müvafiq infrastruktur obyektləri ilə təchiz olunmuş 96 şəhərcik salınıb, oradakı çoxmənzilli evlər öz keyfiyyətinə görə Vilnüsdə təzə tikilən evlərdən geri qalmır.

Litvalı jurnalist yazır ki, qaçqınların körpə uşaqları artıq üçüncü nəslə aiddir. Bu uşaqlar öz atalarının və babalarının itirilmiş evlərini yalnız onların söylədiklərinə əsasən təsəvvür edirlər. Qaçqınlar bunu yaxşı bildiyi üçün itirdikləri vətən torpağı, oradakı evlər, uşaq bağçaları və məktəblər barədə də danışırlar.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərinin müavini Fuad Hüseynovun sözlərinə görə, işğal edilmiş ərazilərdən məlumat almaq praktiki olaraq qeyri-mümkündür, lakin peykdən çəkilmiş fotoşəkillərdən görünür ki, Azərbaycan torpaqları viran olunub, bəzi ərazilər yerlə-yeksan edilib.

Zəngilanlı qaçqın deyib: “Biz öz evlərimizə qayıtmaq ümidimizi heç vaxt itirmirik. Prezidentimiz İlham Əliyev söz verib ki, biz bunu nəyin bahasına olursa-olsun edəcəyik. Biz ona inanırıq”.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-3 VİDEO

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

BƏƏ-nin İqlim Dəyişikliyi Şurası COP29 üçün iqlim ambisiyalarını artırmaq niyyətindədir

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

Slovakiyanın Baş naziri: Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq

Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq

Azərbaycan millisinin voleybolçusu: Özümüzə inanırıq, çünki güclü məşqçimiz var

Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir

Ədəbiyyat Muzeyi ilə Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur

Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb

Otuz bir il əvvəl itkin düşən Vüqar Həsənovun Edillidə aşkarlanan nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb VİDEO

Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olanlar cərimələnəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib

Məktəblərdə ekoloji mövzular müzakirə olunur

Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icrası əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir

Azərbaycanda mayın 8-nə gözlənilən hava proqnozu

Prezident: Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır

Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub VİDEO

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Anar Bağırov: Naxçıvanda insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar

AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb

Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb VİDEO

Azərbaycan-Slovakiya sənədləri imzalanıb  YENİLƏNİB VİDEO

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir VİDEO

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj VİDEO

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb