İQTİSADİYYAT
Doqquz ayda dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi 48,1 faiz artıb
Bakı, 24 oktyabr, AZƏRTAC
Dəniz nəqliyyatı ilə 2017-ci ilin yanvar-sentyabr ayında daşınmış yüklərin həcmi 5961,6 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 48,1 faiz artıb. Yüklərin 49,4 faizini neft yükləri təşkil edib.
Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dəniz limanlarında 7746,3 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib. Yüklərin 7451 min tonunu və ya 96,2 faizini tranzit yüklər təşkil edib. 2017-ci il oktyabr ayının 1-i vəziyyətinə limanlarda göndərilmək üçün 178,1 min ton idxal yükləri olub.
Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,1 faiz azalaraq 13,9 min nəfər olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]