DÜNYA
Araşdırma: istifadəçilər smartfon asılılığı təhlükəsini dərk etməyə başlayıblar
Bakı, 20 noyabr, AZƏRTAC
İnsanlar smartfonlardan həddən artıq istifadə nəticəsində həyəcan, depressiya, yuxu problemi ilə üzləşə bilərlər. Bu yaxınlarda ABŞ-da keçirilmiş araşdırmaya görə, əvvəllər smartfon asılılığı və onun nəticələrindən xəbərsiz olan istifadəçilər indi vəziyyətin ciddiliyini dərk etməyə başlayırlar.
AZƏRTAC “hitech.vesti.ru” saytına istinadən xəbər verir ki, “Deloitte” şirkəti tərəfindən keçirilmiş “Global Mobile Consumer Survey” adlı araşdırma nəticəsində məlum olub ki, rəyi soruşulanların 45 faizi mobil telefonlardan istifadə tezliyi və davametmə müddətini məhdudlaşdırmaq üçün şüurlu şəkildə səy göstərirlər. Adətən, bunun üçün ya aparatdan uzaq durur, ya bildirişləri, ya da ki səs siqnallarını deaktiv edirlər. Maraqlıdır ki, səsli zənglər itirilmiş mövqeyini geri qaytarmağa başlayıb. 2017-ci ildə səsli zənglərdən istifadə 9 faiz artıb. Bununla belə, respondentlərin 14 faizi həftə ərzində 1-dən az zəng edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:20]
Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib
- 28.03.2024 [16:14]
Latviyanın xarici işlər naziri istefa verib
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]
Nyu-York metrosunda zorakılıq halları artıb
- 28.03.2024 [14:35]
Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır
- 28.03.2024 [14:13]