ELM VƏ TƏHSİL
Akademik Akif Əlizadə: Ölkəmizdə müasir texnologiyalara əsaslanan yeni istehsal müəssisələri yaradılır
Bakı, 23 noyabr, AZƏRTAC
Hazırda ölkəmizdə sənayeləşmə siyasətinə uyğun olaraq innovativ və müasir texnologiyalara əsaslanan yeni istehsal müəssisələri yaradılır. “Millers Oils Azerbaijan” MMC-nin təsis edilməsi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bu sahədəki fəaliyyətində növbəti addımdır.
AZƏRTAC xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik Akif Əlizadə Bakıda “Millers Oils Azerbaijan” MMC-nin istehsal kompleksinin açılış mərasimində deyib.
AMEA-nın rəhbəri “Millers Oils Ltd” şirkəti ilə əlaqələri yüksək dəyərləndirib, birgə əməkdaşlığın tətbiqi elmi araşdırmaların bazarın tələbatına uyğunlaşdırılması baxımından əhəmiyyətli olduğunu bildirib.
Qeyd edək ki, “Millers Oils Azerbaijan” MMC-nin istehsal kompleksi AMEA və Böyük Britaniyanın “Millers Oils Ltd” şirkəti tərəfindən təsis edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:03]
“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib
- 28.03.2024 [16:20]
Şərqşünas alimin məqaləsi Tehranda çap olunub
- 28.03.2024 [16:05]
Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər
- 28.03.2024 [15:49]