İDMAN
Cüdo üzrə Bakı çempionatına yekun vurulub
Bakı, 24 noyabr, AZƏRTAC
“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən kişilər və qadınlar arasında cüdo üzrə Bakı çempionatına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, iki gün davam edən yarışın sonuncu günündə kişi cüdoçular arasında 5 çəki dərəcəsində qaliblərin adlarına aydınlıq gəlib.
Azərbaycan Cüdo Federasiyası, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən turnirdə Kərim Abdullayev (73 kq), İsmayıl Priyev (81 kq), Qurban Qurbanov (90 kq), Cəfər Əkbərli (100 kq) və Camal Feyziyev (100 kq-dan yuxarı) çempion olublar.
Paytaxt çempionatının qalib və mükafatçılarına medallar və diplomlar təqdim olunub. Yarışda yaxşı nəticə göstərən cüdoçular gələn ay keçiriləcək Azərbaycan çempionatında mübarizə aparacaqlar.
Qeyd edək ki, Bakı çempionatında 24 klubdan 219 kişi və 23 qadın cüdoçu medallar uğrunda mübarizə aparıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [21:50]
Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib
- 26.04.2024 [20:36]
Hidayət Heydərov dördqat Avropa çempionu olub
- 26.04.2024 [18:19]
Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]
İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
- 26.04.2024 [16:29]
Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub
- 26.04.2024 [15:34]