ELM VƏ TƏHSİL
112 nömrəli tam orta məktəbin məzunlarının uğuru
Bakı, 15 avqust, AZƏRTAC
Təhsil naziri Mikayıl Cabbarovun ümumtəhsil məktəblərinin məzunlarının qızıl və gümüş medallarla təltif edilməsi haqqında imzaladığı əmrdə Bakı şəhəri 112 nömrəli tam orta məktəbin məzunlarının da adı var.
Məktəbin direktoru Xədicə Babayeva AZƏRTAC-a bildirib ki, məzunlardan Rəşid Allahverənov və Nərgiz Qaralova qızıl medala layiq görülüblər.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2016-2017-ci tədris ili üçün ali təhsil ocaqlarına keçirdiyi qəbul imtahanlarında bu məktəbin məzunlarından 20-si tələbə adını qazanıb.
Hazırda məktəbdə yeni tədris ilinə geniş hazırlıq işləri görülür.