CƏMİYYƏT
Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ağacəkmə aksiyası keçiriblər
Bakı, 17 mart, AZƏRTAC
Zəngin və mənalı ömrünün 25 ilini dövlət təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş ümummilli lider Heydər Əliyevin yaratdığı və miras qoyduğu nəcib və ibrətamiz ənənələri şərəflə davam etdirən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları martın 17-də Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 99 illiyi və Novruz bayramı ərəfəsində Bakının Bilgəh qəsəbəsinin ərazisində ağacəkmə aksiyası keçiriblər.
AZƏRTAC DTX-nin saytına istinadla xəbər verir ki, aksiya zamanı bir hektar yarım ərazidə şəhər şəraitində əkilib-becərilməsi həm dekorativ, həm də ekoloji baxımdan məqbul hesab edilən şam, tuya, göyrüş və müxtəlif növ 400-ə qədər ağac əkilib.
Doğma yurdumuzun füsunkar təbiətinin və təmiz ekoloji mühitinin qorunması və sağlamlaşdırılması işinə töhfə verilməsi istiqamətində DTX-nin əməkdaşları tərəfindən ağacəkmə aksiyaları bundan sonra da davamlı şəkildə həyata keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]