İDMAN
İddiaçılar turniri: Şəhriyar Məmmədyarov yeddinci turu heç-heçə ilə başa vurub
Bakı, 19 mart, AZƏRTAC
Almaniyanın paytaxtı Berlində şahmat üzrə iddiaçılar turnirinin yeddinci turunda Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Rusiya idmançısı Aleksandr Qrişukla qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, oyun heç-heçə yekunlaşıb. Bununla da, azərbaycanlı qrossmeyster görüşdə xalları yarı bölüb. Hazırda onun aktivində 4,5 xal var.
Turun digər görüşlərində isə ABŞ şahmatçısı Fabiano Karuana Ermənistan təmsilçisi Levon Aronyana, Sergey Karyakin (Rusiya) Uesli Soya (ABŞ) qalib gəlib. Vladimir Kramnik (Rusiya) - Din Lijen (Çin) qarşılaşmasında şahmatçılar xalları yarı bölüblər.
Yeddi turdan sonra azərbaycanlı şahmatçı turnir cədvəlində 2-ci pilləni tutur. ABŞ təmsilçisi Fabiano Karuana 1-ci, rusiyalı qrossmeyster Vladimir Kramnik 3-cü yerdədir.
Növbəti turda Ş.Məmmədyarovun rəqibi rusiyalı Sergey Karyakin olacaq.
Turnir martın 28-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
- 28.03.2024 [14:22]