CƏMİYYƏT
Azərbaycan İstanbulda “Beynəlxalq gözəllik və baxım-2018” sərgisində təmsil olunur
İstanbul, 23 mart, AZƏRTAC
Türkiyənin İstanbul şəhərində “Beynəlxalq gözəllik və baxım-2018” sərgisinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə Azərbaycandan 9 nəfərlik heyət sərginin açılışında iştirak edib. Heyətin rəhbəri Nurlana Həsənovadır.
Səfərin məqsədi kosmetologiya sahəsində müasir avadanlıqlar və onların işləmə üsulu, eləcə də bu sahədəki yeni tədris və maariflənmə metodlarını öyrənməkdir.
Martın 26-dək davam edəcək sərgi çərçivəsində Azərbaycan heyəti kosmetologiya üzrə aparıcı şirkət və klinikaların nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]