DÜNYA
Fransada super marketə silahlı basqın: 3 nəfər həlak olub YENİLƏNİB
Paris, 23 mart, AZƏRTAC
Fransanın Od departamentinin Treb kommunasında silahlı şəxs “Super U” super marketinə silahlı basqın edib.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, terrorçu olduğu ehtimal edilən şəxs üç nəfəri öldürüb, bir neçə nəfəri, o cümlədən bir polisi yaralayıb.
Marseldən göndərilən xüsusi təyinatlı polis dəstəsi marketi əhatəyə alıb. Marketdən atəş səsləri eşidilir.
X X X
Bir qədər sonra girov götürülənlər marketdən qaça biliblər. Məlumata görə, hazırda marketdə yalnız cinayətkar və bir polis nəfəri qalıb.
Fransanın Baş naziri Eduar Filipp baş verən hadisəni terror aktı kimi dəyərləndirib.
Hadisə şahidlərinin sözlərinə görə, silahlı şəxs İŞİD terror qruplaşmasının üzvü olduğunu deyib və həm Parisdə, həm də Brüsseldə baş verən terror aktlarında təqsirləndirilən Saleh Abdeslamın azad edilməsini tələb edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]