REGİONLAR
Şamaxıda “Şahin”lərin zona birinciliyinin qalibləri məlum olub
Şamaxı, 26 aprel, AZƏRTAC
Şamaxıda gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyəti olan “Şahin” hərbi-idman oyununun respublika birinciliyinin zona yarışı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışın açılış mərasimi və sıra hazırlığı mərhələsi Heydər Əliyev parkında, digər mərhələlər isə şəhər 9 saylı tam orta məktəbin bazasında təşkil olunub.
Yarışda Naftalan şəhərini, Ağdaş, Kürdəmir, İsmayıllı, Göyçay, Qobustan, Ucar, Ağsu və Zərdab rayonlarını təmsil edən komandalar iştirak ediblər. Səkkiz mərhələ üzrə gərgin və maraqlı keçən hərbi-idman oyununda I yeri İsmayıllı, II yeri Ucar, III yeri Zərdab rayonlarının komandaları tutublar.
Zona birinciliyində I və II yerləri tutan komandalar gələn ay keçiriləcək “Şahin” hərbi-idman oyununun final mərhələsində iştirak etmək hüququ qazanıb.
İlk üç yeri tutan komandalar diplomlarla təltif olunublar.