REGİONLAR
Yaylaqlarda olan laçınlı məcburi köçkünlərə səyyar tibbi xidmət göstərilib
Ağcabədi, 18 iyul, AZƏRTAC
Laçın Rayon Mərkəzi Xəstəxanasının ixtisaslı həkimlərindən ibarət səyyar briqada şəxsi təsərrüfatlarını saxlamaq üçün Daşkəsən rayonu ərazisindəki yaylaqlara köç etmiş laçınlı məcburi köçkünlərə tibbi xidmət göstərib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təcili tibbi yardım maşını, zəruri dərman və sarğı materialları ilə təchiz edilmiş səyyar həkim briqadası tərəfindən yaylaqlardakı laçınlı köçkünlər müayinədən keçirilib, xəstəlik aşkar edilən sakinlərə uyğun müalicə təyin edilib. Həkimlər tərəfindən qocaların və ev şəraitində xəstə vəziyyətdə olan insanların tibbi müayinəsinə xüsusi diqqət yetirilib.
Səyyar həkim briqadası tərəfindən göstərilən tibbi xidmətlər rayon sakinləri tərəfindən yüksək razılıqla qarşılanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [15:06]
Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [12:08]
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək
- 19.04.2024 [11:42]
Şirvan elektrik şəbəkəsi yenidən qurulur
- 19.04.2024 [10:27]
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO
- 19.04.2024 [09:30]