DÜNYA
Baltik dənizində qurulan ofşor külək elektrik stansiyası 2021-ci ildə istifadəyə veriləcək
Bakı, 19 iyul, AZƏRTAC
Baltik dənizində qurulan ofşor “Kriegers Flak” külək elektrik stansiyası (KES) 2021-ci ildə istifadəyə veriləcək.
AZƏRTAC xəbər verir ki, İsveçin “Vattenfall” enerji şirkəti Baltik dənizində qurduğu KES-də istehsal edilən elektrik enerjisini Danimarkanın “Novo Nordisk” və “Novozymes” şirkətlərinə satacaq. Artıq bununla bağlı adıçəkilən şirkətlər arasında uzunmüddətli müqavilə imzalanıb.
Müqaviləyə əsasən, “Vattenfall” 2020-ci il yanvarın 1-dən başlayaraq iki Danimarka şirkətinə elektrik enerjisi satacaq. “Kriegers Flak” KES 2021-ci ildə tam gücü ilə elektrik enerjisi istehsalına başlayacaq, bunun üçün də “Vattenfall” həmin müddətdə elektrik enerjisini Danimarkadakı stansiyalardan təmin edəcək. Müqavilə 600 meqavat gücündə olan stansiyanın istehsalının beşdəbirini əhatə edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [23:02]
Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]