REGİONLAR
Ağdaşda cari mövsümdə 33 min 926 ton taxıl istehsal olunub
Ağdaş, 19 iyul, AZƏRTAC
Ağdaş rayonunda taxıl biçini kampaniyası başa çatıb və zəmilərdən 33 min 926 ton məhsul götürülüb.
Rayon kənd təsərrüfatı idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ilin məhsulu üçün bölgədə 14 min 81,8 hektar sahədə taxıl yetişdirilmişdi. Zəmilərin 10 min 300,2 hektarı arpa, qalanı isə buğda idi. Bu ilki mövsümdə istehsal olunan taxıl ötən ilki göstəricidən 800 ton çoxdur. Hər hektardan məhsuldarlıq da 2,5 sentner artıb və 24,1 sentner olub. Bir sıra ərazilərdə, o cümlədən Cardan, Qaradağlı, Şəmsabad, Kükəl və sair ərazi vahidlərində hektardan daha yüksək məhsul götürülüb.
Hazırda hər yerdə gələcək yüksək məhsul üçün mühüm aqrotexniki tədbir olan yay şumu çıxarılır.