MƏDƏNİYYƏT
Mahnı Teatrı yeni mövsümdə maraqlı konsert proqramları təqdim edəcək
Bakı, 19 sentyabr, AZƏRTAC
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı yeni teatr mövsümündə maraqlı repertuarlarla çıxış edəcək. Həmişə olduğu kimi bu dəfə də teatrın musiqi kollektivinin repertuarında möhtəşəm konsert proqramı təqdim olunacaq.
Bu sözləri AZƏRTAC-a teatrın direktor müavini İlqar Musayev deyib. Onun sözlərinə görə, ötən mövsüm Azərbaycan Dövlət Mahnı Teatrı nəzdində yaradılmış estrada-simfonik orkestrinin müşayiətilə reallaşan konsertdə respublikanın tanınmış ifaçıları tərəfindən bir-birindən parlaq mahnılar səsləndirilib. Bu ay teatrda bir sıra konsert proqramları olacaq, müxtəlif səpkili tədbirlər keçiriləcək. Növbəti konsert proqramı sentyabrın 22-nə nəzərdə tutulur. Konsert dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr edilmiş X Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq”, - deyə İ.Musayev söyləyib.