REGİONLAR
Şəkidə qanvermə aksiyası keçirilib
Şəki, 20 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Aşura günü ilə əlaqədar sentyabrın 20-də Şəki şəhərindəki “İmam Əli” məscidində təşkil edilən qanvermə aksiyasında 21 nəfər könüllü qan verib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının Şəki bölməsinin müdiri Qorxmaz İbrahimxəlilov məlumat verib.
Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən bu xeyirxah aksiya irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara yardım məqsədi daşıyır.
Regional bölmənin həkim və tibb işçiləri tərəfindən həyata keçirilən aksiyada dindarlar, həmçinin şəhər sakinləri iştirak ediblər.
Aksiya zamanı toplanan qan laborator müayinədən keçirildikdən sonra talassemiya və hemofiliyalı xəstəliklərdən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]
Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib
- 28.03.2024 [10:49]
Naxçıvanda yolda qaya uçqunu baş verib
- 28.03.2024 [10:25]
Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB
- 28.03.2024 [10:10]
Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Günündə şəkililərin qonağı olub
- 28.03.2024 [08:00]