ELM VƏ TƏHSİL
“Ümumi geologiya fənnindən laboratoriya işləri və testlər” adlı dərs vəsaiti çapdan çıxıb
Bakı, 21 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) dosenti Abbas Abbasovun “Ümumi geologiya fənnindən laboratoriya işləri və testlər” adlı dərs vəsaiti nəşr olunub.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, nəşrdə ümumi geologiya fənnindən nəzərdə tutulan mövzular üzrə laboratoriya dərslərinin müasir tələblərə uyğun keçirilməsi üçün tapşırıqlar və onların yerinə yetirilməsinə dair müvafiq materiallar verilib.
Dərs vəsaitində, eyni zamanda, kursun materiallarının tələbələr tərəfindən necə mənimsənilməsini yoxlamaq, müstəqil çalışmaq üçün ayrı-ayrı bölmələri əhatə edən testlər yer alıb.