SİYASƏT
AZƏRTAC Varşavada PAP agentliyinin 100 illiyi münasibətilə keçirilən qəbulda təmsil olunub
Varşava, 22 sentyabr, Anar Rzayev, AZƏRTAC
Polşanın paytaxtı Varşavada PAP agentliyinin 100 illiyi münasibətilə qəbul təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Polşanın mədəniyyət və milli irs nazirinin müavini Pavel Levondovski mədəniyyətlərin tanınmasında, xalqların yaxınlaşmasında medianın rolunu vurğulayıb. EANA çərçivəsində üzvlərin sıx əməkdaşlığını təqdir edən nazir müavini 100 illik tarixə malik PAP agentliyini təbrik edib, onun bundan sonra da xəbər yayımı sahəsində yeni texnologiyalarla uğurlar qazanacağına əminliyini bildirib.
İsveçin TT agentliyinin direktoru Yonas Erikson müstəqil və plüralist medianın demokratik cəmiyyət üçün yeganə yol olduğunu vurğulayıb, istənilən ölkənin mediasının bu çağırışa cavab verməsinin zəruriliyini bildirib, Avropa xəbər agentliklərinin alyansın inkişafına verdiyi töhfələri yüksək dəyərləndirib.
Tədbirdə Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC da təmsil olunub.