DÜNYA
“Hayabusa-2” kosmik zondu Ryuqu asteroidinə iki robotlaşdırılmış nəqliyyat vasitəsi göndərib
Tokio, 22 sentyabr, AZƏRTAC
Yaponiya Aerokosmik Məkanın Öyrənilməsi Agentliyi (JAXA) bildirib ki, “Hayabusa-2” kosmik zondu Ryuqu asteroidinə iki ədəd robotlaşdırılmış nəqliyyat vasitəsi göndərib.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, JAXA-nın məlumatına görə, şənbə günü Yerə göndəriləcək fotolar “MINERVA-II-1” nəqliyyat vasitələrinin asteroidə uğurla endiyini təsdiq edəcək.
Agentliyin nümayəndələri nəqliyyat vasitələrinin cümə günü, “Hayabusa-2” 20 min metr hündürlükdən enərək, asteroidin səthinə 55 metrədək yaxınlaşdıqdan sonra göndərildiyini bildiriblər.
Nəqliyyat vasitələrinin asteroidə göndərilməsində məqsəd həm sınaqların keçirilməsi, həm də onun səthindən fotoların çəkilərək Yerə göndərilməsidir. Asteroidə növbəti robotlaşdırılmış nəqliyyat vasitələrinin oktyabrda göndərilməsi planlaşdırılır. “Hayabusa-2” kosmik zondunun göyərtəsində daha iki nəqliyyat vasitəsinin olduğu bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]