İDMAN
Azərbaycan cüdoçusu Hidayət Heydərov dünya çempionatının yarımfinalına yüksəlib YENİLƏNİB VİDEO
Bakı, 22 sentyabr, AZƏRTAC
Cüdoçumuz Hidayət Heydərov yarımfinal mərhələsinə yüksəlib. O, 1/4 finalda Monqolustan idmançısı Odbayar Qanbaatara qalib gəlib.
Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanan ilk Azərbaycan idmançısıdır.
X X X
13:23
Cüdo üzrə dünya çempionatında ölkəmizi 73 kiloqram çəki dərəcəsində təmsil edən Hidayət Heydərov bu gün keçirdiyi üçüncü görüşündə tacikistanlı Bəhruzi Xocazodaya qalib gəlib. Beləliklə, idmançımız çempionatın 1/4 final mərhələsinə yüksəlib.
X X X
12:59
Cüdoçumuz Hidayət Heydərov (73 kq) dünya çempionatının 1/16 final mərhələsində Monako idmançısı Sedrik Bessi ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, təmsilçimiz rəqibinə ipponla qalib gələrək 1/8 final mərhələsinə yüksəlib.
H.Heydərovun rəqibi tacikistanlı Bəhruzi Xocazoda olacaq.
X X X
11:30
Cüdo üzrə dünya çempionatında kişilər arasında 73 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən daha bir idmançımız Hidayət Heydərov tatami üzərinə çıxıb. O, 1/32 final mərhələsində iraqlı Sajjad Sehenlə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, təmsilçimiz rəqibinə ipponla qalib gələrək 1/16 finala vəsiqə qazanıb. Bu mərhələdə H.Heydərovun rəqibi Sedrik Bessi (Monako) olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]