SİYASƏT
Rusiya Dövlət Dumasının “Duma TV” kanalı Azərbaycan parlamentinin 100 illik yubileyi ilə bağlı süjet hazırlayıb
Moskva, 22 sentyabr, AZƏRTAC
Rusiya Dövlət Dumasının “Duma TV” kanalı Azərbaycan Parlamentinin 100 illik yubileyi ilə bağlı süjet hazırlayıb.
AZƏRTAC xəbər verir ki, kanal parlamentin sədr müavini Sergey Neverovun rəhbərlik etdiyi nümayəndə heyətinin yubiley tədbirində iştirakına həsr olunmuş material yayımlayıb, onun Milli Məclisdə çıxışını tamaşaçılara təqdim edib. Qeyd olunub ki, S.Neverov Rusiya ilə Azərbaycan arasında bütün sahələrdə, o cümlədən deputatlar səviyyəsində sıx əməkdaşlıqdan danışıb.
Materialda bildirilib ki, Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikovun da daxil olduğu nümayəndə heyəti Bakıda bir sıra mühüm görüşlər keçirəcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:44]
Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb
- 07.05.2024 [17:29]
Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib
- 07.05.2024 [16:28]
Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib
- 07.05.2024 [16:01]
Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib
- 07.05.2024 [14:35]