İQTİSADİYYAT
Yanvar-avqust aylarında sərnişin daşınmasında 1,3 faiz artım olub
Bakı, 24 sentyabr, AZƏRTAC
Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2018-ci ilin yanvar-avqust aylarında 151,8 milyon ton yük və 1 milyon 279,1 min sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1,2 faiz, sərnişin daşınması isə 1,3 faiz artıb. Yüklərin 65,0 faizi avtomobil, 25,2 faizi boru kəməri, 6,0 faizi dəmir yolu, 3,7 faizi dəniz, 0,1 faizi isə hava nəqliyyatı ilə daşınıb.
Sərnişinlərin 88,0 faizi avtomobil, 11,8 faizi metro, qalanları isə hava və dəniz nəqliyyatı vasitələri ilə daşınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]