DÜNYA
Avropa Komissiyası: İtaliya Aİ-də ƏDV-dən yayınma hallarına görə “lider”lər qrupundadır
Roma, 24 sentyabr, AZƏRTAC
2016-cı ilin nəticələrinə əsasən İtaliya əlavə dəyər vergisindən (ƏDV) yayınan Avropa İttifaqı ölkələri siyahısında yenə də “lider”lər qrupunda qərarlaşıb. Bu barədə Avropa Komissiyası yeni açıqlamasında bildirilib.
AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, Avropa Komissiyasının məlumatına görə, bu il italyanlar 35,9 milyarda avro məbləğində əlavə dəyər vergisindən yayınıblar.
İtaliya proqnozlaşdırılan və faktiki gəlirlər arasındakı fərqə görə 25,9 faizlik göstəriciyə sahib olmaqla, siyahıda Rumıniya (35,88 faiz) və Yunanıstanın (29,2 faiz) ardından üçüncü sırada yer alıb.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]