İDMAN
Cüdoçumuz Elmar Qasımov dünya çempionatında mübarizəni dayandırıb YENİLƏNİB
Bakı, 25 sentyabr, AZƏRTAC
Cüdoçumuz Elmar Qasımov səkkizdəbir finalda gürcüstanlı Varlam Lipartelianiyə məğlub olaraq dünya çempionatında mübarizəni dayandırıb.
11:02
Cüdoçumuz Elmar Qasımov səkkizdəbir final mərhələsinə yüksəlib.
"Rio-2016" Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı E.Qasımov Monteneqro təmsilçisi Danilo Pantiçə qalib gəlib. Növbəti mərhələdə cüdoçumuz gürcüstanlı Varlam Liparteliani ilə üz-üzə gələcək.
10:27
Bakıda keçirilən cüdo üzrə dünya çempionatında 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Elmar Qasımov ilk görüşünü qələbə ilə başa vurub.
AZƏRTAC xəbər verir ki, 1/32 finalda İsveç idmançısı Martin Paceki məğlub edən cüdoçumuz növbəti mərhələdə Monteneqro təmsilçisi Danilo Pantiç ilə qarşılaşacaq.
Digər cüdoçumuz Zelim Kotsoyev isə ilk görüşündə isveçli Joakim Dvarbiyə məğlub olaraq mübarizəni dayandırıb.