Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“Fransızdilli” Ermənistanın Frankofoniya sərgüzəştləri

“Fransızdilli” Ermənistanın Frankofoniya sərgüzəştləri

Bakı, 25 sentyabr, AZƏRTAC

“newtimes.az” portalında oktyabr ayında İrəvanda keçirilməsi nəzərdə tutulan Beynəlxalq Frankofoniya Təşkilatının 17-ci zirvə görüşünün keçirilməsinin həm mahiyyət, həm də kontekst baxımından yanlış olduğu barədə “Fransızdilli" Ermənistanın Frankofoniya sərgüzəştləri” sərlövhəli analitik məqalə dərc edilib. AZƏRTAC məqaləni təqdim edir.

Məlum olduğu kimi, dünyanın 5 fərqli qitəsindən 890 milyon insanın yaşadığı 58 dövlətin təmsil olunduğu Beynəlxalq Frankofoniya Təşkilatının (BFT) 17-ci zirvə görüşünün 11-12 oktyabr tarixlərində Ermənistanın paytaxtı İrəvanda keçirilməsi planlaşdırılır. Təşkilatın Nizamnaməsinə əsasən, dövlətləri bu təşkilat çərçivəsində birləşdirən əsas amil fransız dili və fransız mədəniyyətinə yaxınlıq olsa da, dünyada sülhün və əmin-amanlığın, insan hüquq və azadlıqlarının təşviq edilməsi arzusu da BFT-nin missiyasını və fəaliyyətinin əsas prinsiplərini təşkil edir.

Elə əsl problem də buradan başlanır. Tədbirin Ermənistanda keçirilməsi iki nöqteyi-nəzərdən yanlışdır: birincisi mahiyyət, ikincisi isə kontekst baxımından.

Belə ki, əsası humanizm, sülh, insan hüquq və azadlıqları kimi dəyərlər üzərində qoyulmuş bir Təşkilat XX əsrin ən böyük faciələrindən birini – Xocalı soyqırımını törətmiş və bunu ən yüksək səviyyədə dəfələrlə utanmadan və qürur duyaraq etiraf etmiş bir dövlətin ərazisində nəinki özünün zirvə görüşünü keçirtməklə, hətta bu dövləti üzvlüyə qəbul etməklə nizamnaməsinə xəyanət etmişdir.

BFT-nin növbəti zirvə görüşünün başqa bir ölkənin beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərini pozmuş, ərazisinin bir hissəsini uzun illərdən bəri işğal etmiş, minlərlə günahsız insanı qətlə yetirmiş bir dövlətin ərazisində keçirilməsi təşkilatın təbliğ etdiyi dəyərlərə və prinsiplərə ciddi ziddiyyət təşkil edir. Axı soyqırımı törətmiş, təcavüzkar, terrorist bir dövlətlə bu təşkilata üzv olan digər dövlətləri bir-biri ilə hansı “ortaq dəyərlər” yaxınlaşdıra, bağlaya bilər?

2010-cu ildə İsveçrənin Montrö şəhərində keçirilmiş zirvə görüşündə təşkilat Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə qəbul etmiş və qətnamədə iştirak edən dövlətlər ATƏT-in Minsk Qrupunun səylərini dəstəklədiklərini və münaqişənin sülh yolu ilə həll olunmasını vurğulamışdılar.

Həmçinin təşkilat üzvlərinin ayrı-ayrılıqda və ya beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını tanıması faktı xüsusi qeyd edilməlidir. Belə ki, BFT üzvləri Rumıniya və Cibuti, həmçinin təşkilata müşahidəçi dövlətlər Meksika, Sloveniya, Bosniya və Herseqovina Xocalıda baş vermiş qətliamı rəsmi şəkildə soyqırımı kimi tanımışlar. Bununla yanaşı, üzvlərin bir qismi Avropa Şurasında və digər bir qismi İslam Əməkdaşlıq Təşkilatında Dağlıq Qarabağın işğal faktını təsdiqləmişdir. Hər iki təşkilata üzv dövlətlərin mötəbər bir təşkilatın işğalçı bir dövlətin ərazisində keçirilən zirvə görüşündə iştirakı təəccüb doğurur və həmin dövlətlərin əvvəlki siyasi bəyanatları ilə ziddiyyət təşkil edir.

Onu da nəzərə almaq lazımdır ki, BFT təməlində adından göründüyü kimi, fransız dili durur. Görəsən Ermənistan rəhbərliyinin yarıtmaz siyasəti nəticəsində yoxsul vəziyyətdə yaşayan və güzaranının qeydinə qalan Aşot dayı ilə Hayqanuş xala nə vaxtdan frankafon olublar? Faiz hesabı ilə götürsək Ermənistanda əhalinin bəlkə də 0,01 faizi fransız dilində danışar və ya danışmaz. Özü də hələ hansı səviyyədə? Bu bir əlavə sualdır.

Bununla yanaşı, siyasi və iqtisadi böhranla üzləşmiş Ermənistan dövlətinin zirvə görüşünü uğurla təşkil etməsi və iştirakçıların təhlükəsizliyini təmin edə bilməsi ciddi şübhələr doğurur. İqtisadi baxımdan, Köçəryan-Sarkisyan mafioz rejimi iqtidarda olduğu dövrdə aparılan təcavüzkar siyasət nəticəsində ölkəni təcrid vəziyyətinə salıb, dövlətin olub-qalan büdcəsini tamamən talayıb. Bunun nəticəsidir ki, Ermənistan bir ölkə olaraq, hazırda səfalət içərisində yaşayır. Sıravi erməni vətəndaşlar ailələrini dolandırmaq üçün xarici ölkələrə üz tutur, oralarda nökərçilik edirlər. Ermənistan dövləti isə xarici ianələr hesabına mövcudluğunu davam etdirir. Belə bir vaxtda bu qədər xarici qonağı qəbul etməyə Ermənistanın nə maddi imkanı, nə də logistik şəraiti var. Bu səbəblə xalq bu qədər istənməyən qonağın onların çörəklərinə şərik çıxmasına narazıdır. Lakin Ermənistanda hökm sürən diktatura rejiminin xofu onlara narazılıqlarını ifadə etməyə əngəl olur.

İctimai-siyasi baxımdan, Sarkisyan mafioz rejiminin devrilməsinə baxmayaraq yeni hakimiyyətin ölkədə “mütərəqqi” dəyişikliklər etməsi arzusu həm hökumət daxilində həm də parlamentdə olan oliqarx qüvvələrin təzyiqi ilə reallaşmamış və ölkəni daha ağır vəziyyətin astanasına gətirmişdir. Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyan və Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan arasındakı telefon danışığı yeni hökumətin demokratiya və yenidənqurma pərdəsi altında həyata keçirdiyi siyasətin iç üzünü göstərir. Paşinyan hakimiyyəti dövründə Ermənistan nəinki irəliyə bir addım atıb, hətta ölkə dərəbəyliyə və xaosa sürüklənib. Ölkədə kimin kimə və nəyə xidmət etdiyi məlum deyil. Öz vətəndaşlarının təhlükəsizliyini təmin edə bilməyən bir dövlət bu qədər qonağın təhlükəsizliyini necə təmin edə biləcək? Tək-millətli və tək-dinli bir cəmiyyət bu qədər fərqli etnik struktura, inanca, dünya görüşünə malik insanlara nə qədər dözümlülük göstərə biləcək? Təhlükə hiss etdikdə öz xalqını belə gülləbaran etməyə çəkinməyən Ermənistan güc strukturları nümayəndə heyətinin qeydinə qalacaqmı?

Əldə olunan məlumatlara görə, hər hansı böyük tədbirə ev sahibliyi etmək təcrübəsi və logistika imkanları olmayan Ermənistan və xüsusilə paytaxt Yerevan şəhəri ciddi çətinliklər məngənəsindədir. Nümayəndə heyətlərini qarşılamaq üçün xüsusi avtomobillər, həmçinin qonaqların yerləşdirilməsi üçün mehmanxana belə tapılmır. Tədbirə hazırlıq məqsədilə bu ölkəyə gələn yüksək səviyyəli nümayəndə heyətlərindən biri gündüz vaxtları Yerevan küçələrində soyğunçuluğa və zorakılığa məruz qalıblar. Yerli polisə müraciət edən xarici nümayəndə heyəti polislə kriminal qrupların əlbir fəaliyyət göstərdiyi qənaətinə gəlib. Etik qaydalardan çıxış edərək bu nümayəndə heyətinin hansı ölkəni təmsil etməsi barədə məlumat vermirik. Digər bir halda isə öz ölkəsinin rəhbərinin səfərini hazırlamaq üçün Yerevana gələn protokol rəsmilərinin mehmanxana otaqlarından demək olar ki, hər şeyləri oğurlanmışdır. Əksər ölkələr öz dövlət və hökumət başçılarının həyatını təhlükə altına qoymamaq və ya “sürpriz” hallarla üzləşməmək üçün bu tədbirdə aşağı səviyyəli nümayəndə heyətləri ilə təmsil olunmaq qərarına gəliblər.

Bundan başqa, tədbirin özü də müəmmalarla doludur. Məlum olmuşdur ki, təşkilat üzvləri arasında yekun sənədlə bağlı fikir ayrılıqları yaranmışdır və yekun sənədin qəbul edilməmə ehtimalı yüksəkdir. Digər tərəfdən, istisna edilmir ki, Ermənistan hər zamankı kimi təxribatçı əməllərə əl atmağa, tədbirin gündəliyinin siyasiləşdirilməsinə çalışa bilər. Nəzərə almaq lazımdır ki, Sammitdə iştirak edən üzv dövlətlər arasında Azərbaycana dost münasibətdə olan İslam Əməkdaşlıq Təşkilatı üzv dövlətləri də vardır. Bu mənada Ermənistan yekun sənədə Azərbaycanın maraqlarına zidd olan müddəa təklif edərək həmin ölkələrin Azərbaycanla münasibətlərinə də zərbə vurmağa çalışacaq. Lakin Avropa Şurası və İƏT-ə üzv, eləcə də digər dost ölkələrin sammitdə iştirak etməsi həm tədbirin gedişində, həm də yekun sənəddə Ermənistan hakim dairələrinin Azərbaycana qarşı propaqanda məqsədli addımına mane olacaqdır. Elə Frankofoniya təşkilatının lideri hesab olunan Fransa özü Minsk qrupunun həmsədri kimi neytrallığını, imicini və bir tərəfdaş kimi Azərbaycandakı iqtisadi maraqlarını qorumaq naminə Ermənistanın özündə belə bir təxribatçı addımı əngəlləyən əsas ölkə olacaqdır. Bu isə Fransanı özünə qardaş hesab edən Ermənistanın özü üçün ən böyük zərbə olacaqdır.

 

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan-Avropa İttifaqı əlaqələrinin cari vəziyyəti və perspektivləri müzakirə edilib

ABŞ İsraildən Rəfahla bağlı ətraflı plan almadığını bildirib

Tbilisidə etiraz aksiyası bərpa olunub

Avropa İttifaqının xarici işlər və müdafiə nazirləri İran ətrafındakı vəziyyəti müzakirə edəcəklər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sənayesi Türkiyənin artan nüfuzuna ciddi töhfə verir

Sumqayıtlı məzun: 300 bal toplamaq mənim ilk böyük uğurumdur

Sumqayıtda kiberdələduzluğa qarşı maarifləndirmə işi aparılır

“BrandShield” saxta dərmanlar satan 250-dən çox saytı bloklayıb

Birləşmiş Ərəb Əmirliklərinə güclü yağışlar yağır, uçuşlar təxirə salınıb

Maya Sandu: Moldovanın Avropa İttifaqı üzvlüyünə dair referendum oktyabrın 20-də keçirilə bilər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

BDU-da IV Azərbaycan Astronomiya Olimpiadasının final turu keçiriləcək

Gürcü politoloq: Bəzi ölkələrin geosiyasi maraqları olmasaydı, Azərbaycan torpaqlarını işğaldan daha tez azad edərdi

Bir sıra ölkələrdən quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

Gürcü politoloq: Azərbaycan öz maraqlarını qorumağa kifayət qədər hazırdır

Avropa Komissiyası ADPU-nun ENGAGE layihəsində assosiativ tərəfdaşlığını rəsmən təsdiq edib

Azərbaycanın energetika naziri IRENA-nın baş direktoru ilə görüşüb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində AQEM nümayəndə heyəti ilə görüş olub

“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı

Regional konfransda Azərbaycanda istilik təchizatı və enerji effektivliyi sahəsində görülən işlərdən danışılıb

Fiziologiya üzrə doktorantura və dissertanturaya hazırlaşanların nəzərinə

Bakıda ilk dəfə Azərbaycan İnsurtech Zirvəsi təşkil olunub YENİLƏNİB

“Yaşıl təhsil” - ADPU-da elmi-praktik konfrans

Azərbaycan və Ukraynanın ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı və Abşeronda bəzi torpaq sahələri bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib

Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

DSMF ünvanlı sosial yardımla bağlı vətəndaşlara müraciət edib

2023-2024-cü illərdə istehsal edilən istilik enerjisinin həcmi açıqlanıb

Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

“Crocus City Hall”dakı terror aktı ilə əlaqədar daha bir nəfər həbs olunub

Şərqşünaslıq İnstitutunda özbəkistanlı alimlərlə görüş keçirilib

Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib

Azərbaycan məktəbliləri Avropa Qızlar Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

BVF: Qarşıdakı il dünya iqtisadiyyatını yavaş, lakin dayanıqlı inkişaf gözləyir

Türkiyənin Hacettepe Universitetinin professoru ADPU-da olub

Azərbaycanlı yazıçının əsəri Praqada səhnələşdirilib

Buraxılış imtahanında 300 bal toplayan şagird: Yüksək nəticə əldə edəcəyimi gözləyirdim

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

Cəlilabad sakini babasından qalan odlu silahı polisə könüllü təhvil verib

Bakıda keçiriləcək atıcılıq üzrə Dünya Kubokunun rəsmi posteri təqdim olunub

® “Bakcell” böyük dəyişiklər astanasındadır

Türkiyədə “yaşıl” enerjinin ümumi istehsaldakı payı 55 faizə çatacaq

Bakı məktəblisi: Hədəfim 700 bal toplamaqdır

Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Neftçala rayonunun inzibati ərazisində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerji potensialı 4 dəfə arta bilər

Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qərbi Azərbaycanın siyasi tarixi və etnik mənzərəsi” - ADPU-da mühazirə

Türkiyə və Gürcüstan rəsmiləri regional problemləri müzakirə ediblər

Metanol ixracı 17 faizdən çox artıb

İlin ilk rübündə Aqrar Biznes festivallarında 23 rayondan 3 minə yaxın fermer iştirak edib

BDU-nun Biologiya fakültəsinin tələbələrinə açıq havada dərslər keçirilir

Bu ilin birinci rübündə KOBİA 152 biznes planın hazırlanmasına dəstək olub

Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili - təlim

Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi Assambleyasının 14-cü sessiyası keçiriləcək

Buraxılış imtahanında 300 bal toplayan şagird: Hüquqşünas olmaq istəyirəm

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

AQTA və UNICEF arasında əməkdaşlıq genişlənir

AQTA Goranboyda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlayıb

Saatlıda kənd məktəbinin şagirdi buraxılış imtahanında 300 bal toplayıb

Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir

Niyazinin Mənzil Muzeyində Zülfüqar Hacıbəyovun 140 illiyi qeyd olunub

Meksikanın paytaxtında maksimal temperatur qeydə alınıb

Elnur Məmmədli: Avropa çempionatına tam heyətlə gedəcəyik

Naxçıvanda kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə keçirilib

Füzuli məktəbinin şagirdi buraxılış imtahanında ən yüksək nəticə göstərib

Azərbaycan elektromobil idxalını artırıb

“Məşğulluğa dəstək layihəsi” üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Türkiyə ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Baş direktor: Azərbaycan və Türkiyə arasında e-ticarətin inkişafı vacibdir

BDU-da “Gənclik həftəsi” başlanıb

Kəngərli rayonunda avtomobil yanıb

AZƏRBAYCANIN GƏNC İSTEDADLARI
Sona Bəşirova

“Təbiətə quş yuvaları hədiyyə edək” adlı layihə həyata keçirilib

Cüdo Federasiyasının baş katibi: Ümid edirəm ki, Avropa çempionatında nəticələrimiz ötənilkindən zəif olmayacaq

Gənclər Fondu yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir

Təlim keçmək üçün Rumıniyaya daha üç F-16 göndəriləcək

Füzuli şəhərinə daha 156 ailə köçürüləcək VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Neftçalada vətəndaşları qəbul edib, təsərrüfatlara baxış keçirib

“Azərbaycanda rəqəmsal transformasiya – 2023” bülleteni çapdan çıxıb

“Tərəqqi” medalı ilə təltif edilmiş qadınlara mükafatlar təqdim olunub

Yüksək Liqa: “Murov Az Terminal” yarımfinalda “Neftçi”yə qalib gəlib

Bərdə-Ağdam avtomobil yolunda baş verən qəzada bir nəfər ölüb - YENİLƏNİB VİDEO

Cüdo üzrə Azərbaycan millisi Avropa çempionatına tam heyətlə hazırlaşır

Azad edilmiş ərazilərdəki yaylaqlara köçəcək 4 min 500 nəfərdən çox fermerə ANAMA təlimlər keçir

Çində Azərbaycan dili virtual formada tədris olunacaq VİDEO

BMU-nun nümayəndələri Özbəkistanda beynəlxalq konfransda iştirak edəcəklər

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxs saxlanılıb

Bişkekdə TÜRKPA-nın iclası keçiriləcək

Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir

Keçmiş məcburi köçkünlərin qayıdış prosesi ilə bağlı müraciətləri dinlənilib

Mer: Azərbaycan İrpenin ən böyük 4 obyektinin yenidən qurulmasını və bərpasını maliyyələşdirəcək VİDEO

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qax şəhər məktəbinin 2 şagirdi buraxılış imtahanında maksimum nəticə göstərib

Bakıdakı Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib

Ədəbiyyat İnstitutunda “Məhəmməd Füzuli və Türk dünyası” mövzusunda elmi konfrans keçirilib

Sumqayıtda “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfrans keçirilib

Azərbaycanın bu ilin birinci rübündə ən çox neft ixrac etdiyi ölkə İtaliyadır