CƏMİYYƏT
Roman Qolovçenko: “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi yüksək səviyyədə təşkil olunub
Bakı, 26 sentyabr, AZƏRTAC
Sentyabrın 26-da müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi çərçivəsində Belarus Respublikası Dövlət Hərbi Sənaye Komitəsinin sədri Roman Qolovçenko ilə görüşüb.
Müdafiə Sənayesi Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Roman Qolovçenko “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisinin yüksək səviyyədə təşkil olunduğunu xüsusi vurğulayıb və belə bir möhtəşəm tədbirə qatıldıqları üçün böyük məmnunluq hissi duyduğunu bildirib.