TARİXDƏ BU GÜN


11 AVQUST

A+ A

1473–cü il. Uzun Həsənin başçılıq etdiyi Ağqoyunlu qoşunları ilə Osmanlı sultanı II Mehmet Fatehin qoşunları arasında Otluqbeli (Tərcan) döyüşü olub. Döyüş Osmanlı ordusunun qələbəsi ilə nəticələnib. Bununla türk qoşunları bir qədər əvvəl (1473-cü il 1 avqust) Malatya döyüşündə aldıqları məğlubiyyətin əvəzini çıxıblar. Bu döyüş Ağqoyunlu-Osmanlı müharibəsinin (1472-1473) taleyini ikincinin xeyrinə həll edib.
1918–ci il. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ölkədə ümumi hərbi səfərbərlik haqqında qərar qəbul edib. Hərbi səfərbərlik qərarı ölkə üzrə 18-45 yaşı arasında hərbi mükəlləfiyyətli bütün vətəndaşları əhatə edirdi. Qısa müddətdə 5 minədək şəxs Xalq Cümhuriyyətinin Milli Ordusu sıralarına səfərbər olmuşdu.
1992–ci il. Ankarada Türkiyə və Azərbaycan xarici işlər nazirləri tərəfindən konsulluq sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Saziş Türkiyənin Naxçıvanda, Azərbaycanın isə İstanbulda baş konsulluğunun açılmasını nəzərdə tuturdu.
2012-ci il. XXX London Yay Olimpiadasında Toğrul Əsgərov və Şərif Şərifov Azərbaycana iki qızıl medal qazandırıblar. Bu, ölkəmizin idman tarixində ilk belə hadisə olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.

Bölmənin digər xəbərləri
08.12.2016 [09:00]
07.12.2016 [09:00]
06.12.2016 [09:00]
05.12.2016 [09:00]