TARİXDƏ BU GÜN


11 OKTYABR

A+ A

1998-ci il. Azərbaycanda növbəti prezident seçkiləri keçirilib. Dövlət başçısı Heydər Əliyev xalqın yüksək fəallığı şəraitində keçən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Prezidenti seçilib.

Oktyabrın 11-də qeyd olunan Beynəlxalq Qızlar Günü BMT tərəfindən 2012-ci ildə elan edilib. Bayramın məqsədi diqqəti dünyada qızların zərif cinsin nümayəndələri olması ilə bağlı onların bilavasitə üzləşdikləri sosial problemlərə və qeyri-bərabərlik hallarına cəlb etməkdir. Təhsil almaq, sağlam qidalanmaq, tibbi xidmət imkanı, sosial hüquqlar, habelə uşaq yaşlarında ayrı-seçkilikdən,  zorakılıqdan və məcburi evlilikdən müdafiə olunmaq həmin problemlər sırasındadır.  

1963-cü il.Parisin bala sərçəsi” (1915-1963) adlandırılan məşhur fransız müğənnisi Edit Piaf vəfat edib. O, dörd avtomobil qəzasına düşüb, intihara cəhd edib, neçə-neçə kişinin ağlını başından alıb və heç əlli yaşına çatmadan dünyasını dəyişib. Müğənni Per-Laşez qəbiristanlığında dəfn olunub. Vida mərasiminə qırx mindən çox adam toplaşıb. Bir çoxları göz yaşlarını gizlədə bilməyib. Dəfn yerində o qədər çiçək olub ki, insanlar onların üstündən keçib getməli olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.

Bölmənin digər xəbərləri
04.12.2016 [09:00]
03.12.2016 [09:00]
02.12.2016 [09:00]
01.12.2016 [09:00]