TARİXDƏ BU GÜN


11 SENTYABR

A+ A

2014-cü il. Bakı Ekspo Mərkəzində birinci Azərbaycan Beynəlxalq müdafiə sənayesi “ADEX 2014” sərgisi açılıb. Sərgidə dünyanın 34 ölkəsindən 200 şirkət və rəsmi nümayəndə heyəti iştirak edib.

2001-ci il. Əl-Qaidə terror təşkilatı tərəfindən ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərində silsilə terror aktları həyata keçirilib. Sentyabrın 11-də yerli vaxtla saat 08:46-da terrorçular tərəfindən ələ keçirilən "American Airlines" şirkətinə məxsus sərnişin təyyarəsi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpılıb. 09:03 radələrində isə Cənub qülləsi eyni hücuma məruz qalıb. Bir qədər sonra hər iki qüllə yerlə-yeksan olub. Əkiz qüllələrə hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyinin — Pentaqonun binası da intiharçı-terrorçuların idarə etdikləri təyyarə tərəfindən vurulub. Terror aktları nəticəsində 3 minədək insan həlak olub.
1937-ci il. Dünya şöhrətli Rusiya müğənnisi İosif Kobzonun doğum günü. Lirik-dramatik bariton səsə malik müğənninin repertuarında Böyük Vətən Müharibəsinə həsr olunmuş bir çox mahnılar, opera və ariyalar da daxil olmaqla, üç mindən çox mahnı var.
1971-ci il. 1953-cü ildən 1964-cü ilə kimi Sov.İKP MK Baş katibi, 1958-ci ildən 1964-cü ilədək SSRİ Nazirlər Sovetinin sədri olan Nikita Xruşşov vəfat edib (1894-1971). O, Stalinin şəxsiyyətə pərəstişini tənqid etmiş, ölkənin idarəetmə aparatında bir sıra demokratik islahat aparmış, SSRİ ilə kapitalist ölkələr arasındakı münasibəti nisbətən yaxşılaşdırmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.

Bölmənin digər xəbərləri
04.12.2016 [09:00]
03.12.2016 [09:00]
02.12.2016 [09:00]
01.12.2016 [09:00]