İDMAN


11-ci Poti Beynəlxalq Şahmat Festivalında Azərbaycanın beş təmsilçisi qələbə qazanıb

A+ A

Bakı, 14 iyul, AZƏRTAC 

Potidə gürcü şahmatçısı, qrossmeyster və beynəlxalq usta Nana Aleksandriyanın məktəbi tərəfindən təşkil olunan XI festival davam edir.

AZƏRTAC xəbər verir ki, İsveçrə sistemi ilə 9 turda keçirilən “A” turnirində 66 şahmatçı, o cümlədən 9 qrossmeyster iştirak edir. Azərbaycanı təmsil edən 49 şahmatçıdan əsas turnirin medalları uğrunda qrossmeyster Zaur Məmmədov, beynəlxalq usta Nərmin Məmmədova, FIDE-nin ustaları Niyazi Nağdıyev, Andrey Mustafin, Murad Nuri, ustalığa namizədlər Kənan Qarayev, Fərid Aslanov, Aydın Süleymanlı və başqaları mübarizə aparırlar.

Birinci turda Azərbaycan şahmatçılarından Niyazi Nağdıyev, Zaur Məmmədov, Murad Nuri, Zaur Bayramov və Altay Eynullayev qalib gəliblər.

Turnirin qalibləri iyulun 20-də məlum olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.