CƏMİYYƏT


11 iyul - Ümumdünya Əhali Günüdür

A+ A

Bakı, 11 iyul, AZƏRTAC

İyulun 11-i Ümumdünya Əhali Günüdür. Bu gün 1989-cu ildə BMT-nin Əhali Fondu tərəfindən təsis olunub. Məqsəd dünya əhalisinin problemlərinə ictimaiyyətin diqqətini yönəltmək və ümumi inkişafa nail olmaqdır.

AZƏRTAC xəbər verir ki, ölkəmizdə əhalinin problemləri daim diqqət mərkəzindədir. Bu sahədə dövlət siyasətinin əsas məqsədi demoqrafik proseslərdə yaranmış neqativ meyilləri aradan qaldırmaqla ölkənin inkişaf strategiyasına uyğun olaraq əhalinin kəmiyyət-keyfiyyət artımını təmin etməkdir. Prezident İlham Əliyevin 2006-cı il 25 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı” təsdiq edilib. Həmin proqram çərçivəsində dövlət başçısının 2007-ci il 19 mart tarixli Fərmanına əsasən Dövlət Miqrasiya Xidməti yaradılıb. Eyni zamanda, 2006-cı il dekabrın 28-də “İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı” təsdiq edilib.

İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 33,6 min nəfər və ya 0,3 faiz artaraq 9 milyon 739,2 min nəfərə çatıb. Əhalinin sıxlığı bir kvadratkilometrə 112 nəfər olub. Ölkə əhalisinin 53,1 faizi şəhərlərdə, 46,9 faizi kəndlərdə yaşayır. Hazırda hər 1000 kişiyə 1007 qadın düşür.

Qeyd edək ki, 2016-cı ilin axırında Yer kürəsi əhalisinin sayı təxminən 7,3 milyard nəfər təşkil edəcək. Bir il ərzində dünya əhalisinin sayı 78 milyon, yaxud 1,08 faiz artıb. Dünyanın ən çox əhalisi olan ölkəsi Çindir. Çində 1,367 milyard insan yaşayır. İkinci yerdə isə 1,252 milyard nəfərlə Hindistan qərarlaşıb. ABŞ, İndoneziya, Braziliya, Pakistan, Nigeriya, Banqladeş əhalisinin sayına görə növbəti pillələrdə yer alıblar. Rusiya 142,423 milyon nəfərlə 9-cu yeri tutur. Yaponiya isə sırada 10-cu yerdədir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.