İQTİSADİYYAT
"BP Azərbaycan" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə yeni layihə ilə bağlı müzakirələr aparır
Bakı, 15 oktyabr, AZƏRTAC
"BP Azərbaycan" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə yeni layihə ilə bağlı müzakirələr aparır.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə "BP Azərbaycan"ın xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
Bildirilib ki, yeni layihə Strateji Yol Xəritəsində nəzərdə tutulan islahatların müxtəlif dövlət orqanları tərəfindən həyata keçirilməsinin vahid bir platformada cəmləşməsini nəzərdə tutur. Belə ki, 48-dək müxtəlif dövlət orqanından daxil olan məlumatlar bir platformada cəmləşəcək. Bu islahatların hansı səviyyədə həyata keçirilməsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən konkret şəkildə monitorinq olunacaq. Layihə yekunlaşdıqdan sonra ictimaiyyətə təqdim ediləcək.