SİYASƏT
Yunanıstanda QDİƏT-in Parlament Məclisinin növbəti iclası keçiriləcək
Bakı, 15 oktyabr, AZƏRTAC
Milli Məclisin deputatı, Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin nümayəndə heyətinin rəhbəri Eldar Quliyev qurumun hüquqi və siyasi məsələlər üzrə komitəsinin iclasına qatılmaq üçün Yunanıstana səfər edəcək.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, QDİƏT PM-in növbəti iclası oktyabrın 16-19-da Yunanıstanın Kavala şəhərində keçiriləcək.
İclasda Azərbaycanı Milli Məclisin deputatı Eldar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Eyni zamanda, E.Quliyevin adıçəkilən komitənin iclasında çıxışı gözlənilir.