İQTİSADİYYAT
“ASK Şüşə” bu il 60 milyon ədədə yaxın şüşə məhsulu istehsal edəcək
Bakı, 15 oktyabr, Elvin Camalov, AZƏRTAC
“ASK Şüşə” MMC bu il 60 milyon ədədə yaxın şüşə məhsulu istehsal edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə deyib.
O bildirib ki, MMC-nin fəaliyyətdə olan 1-ci sexinin ikinci xəttinin quraşdırılması ilə bağlı iş gedir. Bu ilin sonu gələn ilin əvvəllərində ikinci xətt istifadəyə veriləcək. Bununla da “ASK Şüşə” tərəfindən 100 milyona yaxın şüşə istehsalı nəzərdə tutulub. Daha sonra isə ikinci yeni sex qurulacaq və burada da rəngli şüşə istehsal olunacaq. Rəngli şüşə istehsalı ildə 75-80 milyon ədəd olacaq və ümumilikdə MMC tərəfindən şüşə istehsalı 160-170 milyona çatdırılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [20:09]
Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib
- 26.04.2024 [19:43]
® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb
- 26.04.2024 [19:15]
Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
- 26.04.2024 [19:05]
Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub
- 26.04.2024 [18:58]
“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq
- 26.04.2024 [18:53]
Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək
- 26.04.2024 [17:56]