DÜNYA
Yunanıstanın Baş naziri ölkənin xarici işlər nazirinin istefasını qəbul edib
Afina, 18 oktyabr, AZƏRTAC
Yunanıstanın Baş naziri Aleksis Tsipras xarici işlər naziri Nikos Kotziasın istefasını qəbul edib.
AZƏRTAC xəbər verir ki, Baş nazir bu vəzifəyə hələlik heç kimi təyin etmədiyini bildirib. Qeyd edib ki, Makedoniya ilə ölkənin adının dəyişdirilməsi ilə bağlı sazişin imzalanmasına qədər lazım gələrsə özü XİN-in başçısı vəzifəsini icra edəcək.
Qeyd edək ki, Yunanıstanın xarici işlər naziri Nikos Kotzias oktyabrın 17-də digər yunan nazirləri ilə, xüsusilə müdafiə naziri Panos Kammenosla Makedoniyanın adının dəyişdirilməsi ilə bağlı anlaşılmazlıqları səbəb gətirərək vəzifəsindən istefa verdiyini açıqlamışdı.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]