DÜNYA
Dünyanın dəniz üzərində ən uzun avtomobil yol ötürücü-körpüsü istifadəyə verilib VİDEO
Pekin, 23 oktyabr, AZƏRTAC
Çində dünyanın dəniz üzərində ən uzun avtomobil yol ötürücüsü-körpüsü istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, Çinin cənubundakı Cuxay şəhərini, Honqkonq və Makao xüsusi inzibati ərazilərini birləşdirən yol ötürücüsünün ümumi uzunluğu 55 kilometrdir. Bunun 23 kilometri körpü, 6,7 kilometri tunel, qalan hissəsi isə iki süni ada üzərində yoldur.
İnşasına 2009-cu ilin dekabrında başlanılan ötürücü ötən ilin dekabrında təhvil verilib. Bundan sonra bir neçə sınaq həyata keçirilib.
Əvvəllər Honqkonq, Cuxay və Makao şəhərləri arasında hərəkətə sərf olunan 3 saatlıq müddət bu yol ötürücüsünün vasitəsilə 30 dəqiqəyə enəcək.
Oktyabrın 23-də Çin Xalq Respublikasının Sədri Si Cinpin Cuxay şəhərində yol ötürücüsünün açılış mərasimində iştirak edib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]