CƏMİYYƏT
Qanunsuz yolla dərman preparatlarının ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb
Bakı, 16 noyabr, AZƏRTAC
Şimal Ərazi Baş Gömrük İdarəsinin əməliyyat və təhqiqat şöbəsinə daxil olmuş məlumat əsasında idarənin "Xanoba" gömrük postunda Rusiyadan qayıdan Azərbaycan vətəndaşına məxsus "Mercedes-Benz Sprinter" markalı avtomobil saxlanılıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, gömrük baxışı zamanı nəqliyyat vasitəsinin arxa yük yerində, salonda və qapısındakı örtüklərin arxasında 600 flakonda və 600 ampulada "Qonadotropin Хоrioniçeskiy", 36 ədəd şprisdə "Soviqripp", 270 flakon "Karipain", 7 ədəd 1 millilitrlik şpris, 7 ədəd 0,25 milliqramlıq "Cetrotid" maddəsi olan flakon, 14 ədəd inyeksiya üçün iynə, 14 ədəd spirtli tampon olmaqla 35 ədəd şpris, 35 ədəd flakon, 98 ədəd iynə və 98 ədəd spirtli tampon olan "Cetrotid Cetroliks 0,25 mq", 8910 kapsul "Veroşpiron 50 mq", 509 ədəd şüşə flakonda "Karipazim 350 PE", 62 qutu - hər qutuda bir ədəd 0,480 millilitrlik ampulada hazır məhlul və 6 ədəd iynə olmaqla, cəmi 62 ədəd ampula və 372 ədəd iynə olan "Pureqon 300ME/0.36 ml", 2 qutu - hər qutuda bir ədəd 0,840 millilitrlik hazır məhlul olan ampula və 6 ədəd iynə olmaqla, ümumilikdə 2 ədəd ampula və 12 ədəd iynə olan "Pureqon 600 ME/0.72 ml", 15 ampula "Panavir", 5 ədəd 0,5 millilitrlik hazır məhlullu şprisdə olan "Orqalutran", 1170 ampulada "Cerukal 10 mq/2 ml", 280 həb "Hepcinat Lp" adlı dərman preparatları aşkarlanıb.
Faktla bağla araşdırma aparılır.