ELM VƏ TƏHSİL
Azərbaycan və Tatarıstan alimləri birgə tədqiqatlar aparacaqlar
Bakı, 16 noyabr, AZƏRTAC
Tatarıstan Respublikası Elmlər Akademiyasının (TREA) vitse-prezidenti, Rusiya EA-nın akademiki Daniya Zaqidullina və TREA-nın Q.İbrahimov adına Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru, Rusiya EA-nın müxbir üzvü Kim Minnullin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, qonaqlar elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov ilə görüşüblər. Söhbət zamanı tərəflər iki ölkənin alimləri və elmi müəssisələri arasında əlaqələrin genişləndirilməsi, birgə araşdırmaların həyata keçirilməsi, dissertant və doktorant mübadiləsi zərurətindən danışıb, gələcək müştərək layihələr barədə müzakirələr aparıblar. Qonaqlar əlyazmalar sərgisi ilə tanış olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [18:37]
Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər
- 23.04.2024 [18:17]
“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar
- 23.04.2024 [17:54]
Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək
- 23.04.2024 [17:44]