İQTİSADİYYAT
Ölkədə neft məhsullarının istehsalı 5,7 faiz artıb
Bakı, 17 noyabr, AZƏRTAC
Cari ilin on ayında Azərbaycanda 1 milyon 615,5 min ton dizel yanacağı, 1 milyon 9,6 min ton avtomobil benzini, 170,3 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 507,1 min ton ağ neft, 73,9 min ton yanacaq mazutu, 129,5 min ton sürtkü yağları, 247,1 min ton neft bitumu və 205,8 min ton neft koksu istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, yanvar-oktyabr aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 milyard 617,5 milyon manat olmaqla əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz artıb.
Neft məhsullarından yanacaq mazutunun istehsalı 71,4 faiz azalıb. Avtomobil benzininin, ağ neftin, dizel yanacağının, sürtkü yağlarının, neft bitumunun və neft koksunun istehsalı isə artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]